Mirzoyan: “Azərbaycanla sülh şəraitindəyik, Türkiyə ilə sərhəd sabah açıla bilər”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh şəraitinin mövcud olduğunu bildirib. O, Türkiyə ilə münasibətlərin normallaşmasında ciddi irəliləyiş əldə edildiyini və sərhədin açılması barədə xəbərin yaxın zamanda yayıla biləcəyini açıqlayıb.

48

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla ölkəsi arasında artıq sülh şəraitinin mövcud olduğunu bəyan edib. Nazir Türkiyə ilə münasibətlərin normallaşması prosesində də ciddi irəliləyiş əldə edildiyini bildirərək iki ölkə arasındakı sərhədin yaxın zamanda açıla biləcəyinə işarə edib.

MSNews.az xəbər verir ki, Mirzoyan bu açıqlamaları oktyabrın 13-də Varşava Təhlükəsizlik Forumunda səsləndirib. Onun fikirlərini Ermənistanın “PanARMENIAN.Net” və “Tert.am” nəşrləri yayıb.

“Azərbaycanla sülh şəraitindəyik, baxmayaraq ki, hələ bir neçə addım atılmalıdır”, – deyə Ermənistanın xarici işlər naziri bildirib.

Mirzoyan Türkiyə ilə münasibətlərə də toxunaraq Ankara və İrəvan arasında normallaşma prosesinin artıq əhəmiyyətli mərhələyə çatdığını vurğulayıb.

“Biz Türkiyə ilə münasibətlərimizi normallaşdırırıq. Sərhəd hələlik bağlıdır, lakin düşünürəm ki, proses artıq kifayət qədər irəliləyib. Tamamilə mümkündür ki, sabah səhər oyandıqda xəbərlərdə Ermənistan–Türkiyə sərhədinin açıldığı barədə başlıq görək”, – deyə nazir qeyd edib.

Ermənistanın xarici siyasət idarəsinin rəhbəri qonşu dövlətlərlə münasibətlərin yaxşılaşdırılmasının ölkəsinin strateji məqsədi olduğunu bildirib.

O vurğulayıb ki, bu siyasət Ermənistanın Avropa İttifaqına yaxınlaşmaq niyyətindən asılı deyil. Bununla yanaşı, qonşularla həll olunmamış münaqişələrin mövcudluğu Avropaya inteqrasiya prosesini çətinləşdirə bilər.

Ermənistanın Baş naziri Nikol Paşinyan da oktyabrın 8-də Azərbaycanla sülhün artıq reallığa çevrildiyini bəyan etmişdi.

O, son dövrdə sərhəddə silahlı insidentlərin azalmasını, iki ölkə arasında ticarət əlaqələrinin başlanmasını və regional nəqliyyat kommunikasiyalarının açılması istiqamətində görülən işləri sülh prosesinin nəticələri kimi qiymətləndirib.

Lakin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması və ratifikasiyası prosesi hələ tamamlanmayıb. Mirzoyan daha əvvəl də tərəflər arasında praktiki sülhün mövcud olduğunu, lakin hüquqi rəsmiləşdirmə və humanitar məsələlərin həllinin qarşıda dayandığını bildirmişdi.

Qeyd edək ki, oktyabrın 9-da Mirzoyan Türkiyənin xarici işlər naziri Hakan Fidanla telefon danışığı aparıb. Tərəflər ikitərəfli münasibətləri, regional əməkdaşlığı və normallaşma prosesini müzakirə ediblər.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.