Tramp atəşkəs elan etdi, Kiyev xəbərsiz qaldı: Rusiya zərbələri davam etdirir

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında enerji obyektlərinə zərbələrin dayandırılması barədə razılıq əldə edildiyini açıqlayıb. Lakin Kiyev əvvəlcə razılaşmadan xəbərsiz olduğunu bildirib, daha sonra Zelenski orduya müvafiq əmrlər verildiyini təsdiqləyib. Rusiya zərbələrinin davam etməsi isə atəşkəslə bağlı suallar yaradıb.

56

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın enerji infrastrukturuna qarşılıqlı zərbələri dayandırmaq barədə razılığa gəldiyini elan edib. Lakin Ukrayna rəhbərliyi əvvəlcə belə bir razılaşmadan xəbərsiz olduğunu bildirib. Sonradan Prezident Volodimir Zelenski Ukrayna ordusuna müvafiq əmrlər verildiyini açıqlasa da, Rusiya zərbələrinin davam etdiyini vurğulayıb.

MSNews.az xəbər verir ki, Tramp oktyabrın 11-də “Truth Social” sosial şəbəkəsində paylaşım edərək enerji obyektlərinə hücumların dərhal dayandırılacağını bildirib.

“Bu andan etibarən Rusiya və Ukrayna arasındakı müharibədə enerji atəşkəsi qüvvəyə minir. Hər iki tərəf razılaşıb. Onu pozmayın!” – deyə ABŞ prezidenti yazıb.

Lakin “Axios” nəşrinə danışan Zelenski bu açıqlamanın onun üçün yenilik olduğunu söyləyib. Ukrayna lideri Rusiyanın həqiqətən enerji obyektlərinə hücumları dayandırmağa razılaşacağı təqdirdə Kiyevin də eyni addımı atmağa hazır olduğunu bildirib.

“ABC News” telekanalına danışan Ukrayna Prezident Ofisinin yüksəkvəzifəli nümayəndəsi də Trampın bəyanatından əvvəl Kiyevə belə bir razılaşma barədə məlumat verilmədiyini təsdiqləyib.

Bununla belə, Zelenski daha sonra Ukrayna Silahlı Qüvvələrinin enerji atəşkəsi ilə bağlı bütün müvafiq əmrləri aldığını açıqlayıb.

Ukraynanın “Ukrinform” agentliyinin məlumatına görə, Zelenski axşam videomüraciətində bildirib ki, Ukrayna Rusiyanın enerji infrastrukturuna zərbələri dayandırmağa hazırdır, lakin Moskvadan da eyni addımı gözləyir. Verilən hərbi əmrlərin konkret məzmunu açıqlanmayıb.

Ukrayna prezidenti həmçinin Vaşinqtonla Moskva arasında aparılan danışıqların təfərrüatlarını gözlədiyini və Rusiya Prezidenti Vladimir Putinin elan edilən razılaşmaya əməl etməli olduğunu vurğulayıb.

Atəşkəs elanından sonra da Ukraynanın enerji obyektlərinə hücumlar davam edib.

“Financial Times” qəzetinin məlumatına görə, Zelenski Rusiyanı enerji atəşkəsini pozmaqda ittiham edib. Ukrayna tərəfi Kiyev və digər şəhərlərdə elektrik və su təchizatının bərpası işlərinin davam etdiyini bildirib.

Zelenski oktyabrın 12-də Rusiyanın Ukraynada altı enerji obyektinə zərbə endirdiyini, ölkə üzrə 33 nəfərin yaralandığını açıqlayıb. Moskva isə rəsmi enerji atəşkəsinin mövcudluğunu təsdiqləməyib.
Jurnalistlər Trampdan Rusiyanın atəşkəsi pozması barədə soruşduqda ABŞ prezidenti məlumatı yoxlayacağını söyləyib. Daha sonra o, hər iki tərəfdən pozuntuların qeydə alındığını iddia edib. Lakin Tramp konkret sübut təqdim etməyib.

Atəşkəs mübahisəsi fonunda Tramp Ukraynada prezident dəyişikliyinə də çağırış edib.

ABŞ lideri Zelenskinin müharibəni başa çatdırmaq üçün mümkün razılaşmalardan istifadə etmədiyini iddia edərək Ukraynanın yeni prezident seçməli olduğunu bildirib.

Zelenski isə “ABC News” telekanalına müsahibəsində ölkə rəhbərini yalnız Ukrayna xalqının seçə biləcəyini vurğulayıb. O, Rusiyanın 60 günlük tam atəşkəsə razılaşacağı təqdirdə seçkilərin təşkilinə hazır olduqlarını bildirib.

Ukrayna lideri müharibə şəraitində səsvermənin təhlükəsizliyinin təmin olunmasının və hüquqi məsələlərin həllinin vacibliyini qeyd edib.
Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.