Boris Conson Trampın qərarını sərt tənqid etdi: “Cəfəngiyatdır!”

Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson Donald Trampın Rusiya yanacağına tətbiq edilən sanksiyaları yumşaltmasını sərt tənqid edib. O, yanacaq qiymətlərinin artmasına görə Ukraynanın günahlandırılmasını absurd adlandırıb.

49

Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson ABŞ Prezidenti Donald Trampın Rusiya yanacağına tətbiq edilən sanksiyaları müvəqqəti yumşaltmaq qərarını sərt tənqid edib. O, qlobal yanacaq qiymətlərinin artmasına görə Ukraynanın günahlandırılmasını “tamamilə cəfəngiyat” adlandırıb.

MSNews.az xəbər verir ki, Conson oktyabrın 10-da “X” sosial şəbəkəsində paylaşım edərək Vaşinqtonun Moskva ilə enerji əməkdaşlığını bərpa etmək istiqamətində atdığı addımlara etirazını bildirib.

Bu barədə “ZN.UA” nəşri məlumat yayıb.

“ABŞ-nin hazırda Rusiya yanacağına tətbiq edilən sanksiyaları aradan qaldırması hiddət doğurur. Qiymət artımında Ukraynanı günahlandırmaq isə tamamilə cəfəngiyatdır. Çünki bahalaşmanın Hörmüz boğazının bağlanması ilə başladığı açıq-aydındır”, – deyə Conson bildirib.

Sabiq Baş nazir Rusiyanın Ukraynaya hücumlarının davam etdiyini xatırladaraq ABŞ administrasiyasının qərarının Moskvanın müharibəni maliyyələşdirmək imkanlarını artıracağından narahatlığını ifadə edib.

Conson həmçinin Rusiya yanacağının bazara qaytarılmasının qiymətlərə ciddi təsir göstərəcəyinə inanmadığını vurğulayıb.

“Əgər Rusiya neft və qazının yenidən dünya bazarına çıxmasını istəyiriksə, gəlin bu müharibəni azad, suveren və müstəqil Ukrayna ilə birlikdə başa çatdıraq”, – deyə o əlavə edib.

“Reuters” agentliyinin məlumatına görə, Tramp oktyabrın 9-da Putinlə danışıqlardan sonra Rusiyanın ABŞ və dünya bazarına ilkin mərhələdə 300 min tondan çox dizel yanacağı tədarük edəcəyini açıqlayıb. Vaşinqton bununla əlaqədar Rusiya yanacağına tətbiq olunan bəzi sanksiyaları müvəqqəti yumşaldıb. Söhbət Rusiyaya qarşı bütün enerji sanksiyalarının ləğvindən getmir.

ABŞ administrasiyası qərarı yanacaq qiymətlərinin aşağı salınması zərurəti ilə əsaslandırır. Tramp bahalaşmada Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarının da rol oynadığını iddia edib.

Bununla belə, “The Guardian” nəşrinin istinad etdiyi enerji ekspertləri hesab edirlər ki, Rusiya dizelinin əlavə tədarükü ABŞ-da yanacaq qiymətlərini əhəmiyyətli dərəcədə aşağı salmaya bilər.

Qeyd edək ki, Hörmüz boğazında gəmiçiliyin məhdudlaşdırılması və Yaxın Şərqdə davam edən hərbi qarşıdurma qlobal enerji təchizatına ciddi təsir göstərib. “Reuters”in məlumatına görə, bölgədəki münaqişə neft daşımalarını çətinləşdirərək dünya bazarında qiymətlərin yüksəlməsinin əsas səbəblərindən birinə çevrilib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.