İsveçli polkovnikdən Rusiyaya sərt mesaj

İsveç HHQ-nin polkovniki Karl Berqqvist bildirib ki, Rusiya ölkəyə hücum edərsə, İsveç yalnız müdafiə olunmaqla kifayətlənməyəcək və düşmən ərazisindəki hədəflərə zərbə imkanlarından istifadə edəcək.

78

İsveç Rusiyanın mümkün hücumu zamanı yalnız öz ərazisini müdafiə etməklə kifayətlənməməyi, düşmən ərazisinin dərinliyindəki hərbi hədəflərə zərbə endirmək imkanına malik olmağı planlaşdırır. İsveç Hərbi Hava Qüvvələrinin Hava Döyüşləri Mərkəzinin rəhbəri, polkovnik Karl Berqkvist bildirib ki, potensial təcavüzkar hücumun onun üçün də ağır nəticələr yaradacağını əvvəlcədən bilməlidir.

MSNews.az xəbər verir ki, Bergqvist İsveç HHQ-nin hava müharibəsinə yanaşmasının dəyişdirilməsindən danışarkən əsas məqsədin çəkindirmə olduğunu vurğulayıb.

Onun sözlərinə görə, bu konsepsiya Rusiyaya qabaqlayıcı zərbə endirilməsini nəzərdə tutmur. Söhbət İsveçə qarşı hücum baş verəcəyi halda müdafiə əməliyyatlarını yalnız ölkə sərhədləri daxilində aparmamaqdan gedir.

Berqkvist bildirib ki, “hücumun qiyməti yüksək olmalıdır” və potensial rəqib müharibənin yalnız İsveç ərazisində aparılmayacağını nəzərə almalıdır.

İsveçin yeni yanaşmasının formalaşmasında Rusiya-Ukrayna müharibəsinin təcrübəsi mühüm rol oynayır. Berqkvist daha əvvəl Ukraynadakı döyüşlərin düşmənə hava üstünlüyü əldə etməyə imkan verməməyin əhəmiyyətini göstərdiyini bildirib.

Yeni konsepsiyada İsveç təyyarələrinin sürətlə müxtəlif bazalara yayılması ilə yanaşı, hücum edən tərəfin aerodromları, komanda-idarəetmə mərkəzləri və logistika infrastrukturu kimi hədəflərinə uzaq məsafədən zərbə imkanları da nəzərdə tutulur. Məqsəd mümkün əməliyyatı ilkin mərhələdə ləngitmək və rəqibin hərbi imkanlarını zəiflətməkdir.

Müzakirə edilən istiqamətlərdən biri JAS 39 Gripen qırıcılarının uzaqmənzilli silah imkanlarının genişləndirilməsidir. Məlumatlara görə, planlar sırasında 500 kilometrdən artıq uçuş məsafəsinə malik Taurus KEPD 350 qanadlı raketlərinin Gripen platformasına inteqrasiyası da yer alır.

Bundan əlavə, İsveç Silahlı Qüvvələrinin hökumətə təqdim etdiyi sənədlərdə 2 min kilometrədək məsafədəki hədəflərə çata bilən qanadlı və ballistik raket sistemlərinə ehtiyac göstərildiyi bildirilir.

Berqkvistin rəhbərlik etdiyi mərkəzin yanaşmasında başqa elementlər də var: Gripenlərin səpələnmiş mövqelərdən və avtomobil yollarından istifadə etməsi, hava hücumundan müdafiənin gücləndirilməsi, pilotsuz uçuş aparatlarına qarşı mübarizə və kəşfiyyat imkanlarının genişləndirilməsi.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.