Şahbaz Şərif İlham Əliyevə zəng edib

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib. Tərəflər strateji tərəfdaşlıq, iqtisadi əməkdaşlıq, “ASAN xidmət” modelinin genişləndirilməsi və regional məsələləri müzakirə ediblər.

75

Oktyabrın 10-da Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Tərəflər Azərbaycan-Pakistan münasibətlərinin inkişafını və əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər.

MSNews.az xəbər verir ki, telefon danışığı zamanı Azərbaycanla Pakistan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. Yüksək səviyyəli mütəmadi görüş və məsləhətləşmələrin ikitərəfli əlaqələrin möhkəmlənməsində rolu vurğulanıb.

Söhbət zamanı siyasi sahədə mövcud yüksək səviyyəli münasibətlərin iqtisadiyyat, ticarət və investisiya istiqamətlərində daha geniş əməkdaşlıqla müşayiət olunmasının vacibliyi qeyd edilib.

Şahbaz Şərif İslamabadda Azərbaycanın “ASAN xidmət” modeli əsasında yaradılmış xidmət mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib və bu təcrübənin Pakistanın digər bölgələrində də tətbiqi üçün Azərbaycanın dəstəyini istəyib. İlham Əliyev lazımi dəstəyin göstərilməsinə razılıq verib.

Pakistanın Baş naziri bu dəstəyi iki ölkə arasında dostluq və həmrəyliyin növbəti göstəricisi kimi qiymətləndirib.

Telefon danışığında Pakistanın son dövrdə regional və beynəlxalq səviyyədə dialoq, vasitəçilik və gərginliyin azaldılmasına yönəlmiş diplomatik səyləri də müzakirə olunub. Tərəflər ikitərəfli və çoxtərəfli məsələlər, həmçinin regional və beynəlxalq vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.