“Əş-Şəvahin alayı”nın qurucularından biri Suriyada saxlanılıb

Suriyada “Əş-Şəvahin alayı”nın qurucularından biri Şahin Həmdan əş-Şahin saxlanılıb. O, dinc sakinlərə qarşı qətl, həbs, işgəncə və dağıntılarda iştirakda ittiham olunur.

62

Suriyanın daxili təhlükəsizlik qüvvələri Bəşər Əsəd hakimiyyəti dövründə yaradılmış “Əş-Şəvahin alayı”nın qurucularından biri Şahin Həmdan əş-Şahini saxlayıb. O, dinc sakinlərə qarşı qətl, qanunsuz həbslər, işgəncə və digər ağır pozuntularda iştirakda ittiham olunur.

MSNews.az xəbər verir ki, Suriya təhlükəsizlik qüvvələrinin açıqlamasına görə, əş-Şahin 2015-ci ildən Hərbi Hava Qüvvələrinin Kəşfiyyat İdarəsi ilə işləməyə başlayıb və Süheyl əl-Həsənin komandanlığı altında fəaliyyət göstərib. Daha sonra o, müxtəlif silahlı qrupların yaradılmasında iştirak edib.

İstintaq məlumatlarında əş-Şahinin 2017-ci ildə Həma vilayətinin şərqində və Əsriyə–Raqqa yolu boyunca dinc sakinlərə qarşı qətliamlarda birbaşa iştirak etdiyi iddia olunur.

Onun rəhbərlik etdiyi qrupların Palmira şəhərində və daha sonra Deyr əz-Zor vilayətində qətl, qanunsuz həbs, işgəncə və dağıntılar törətdiyi də bildirilir. Bu fəaliyyətin 2019-cu ilədək davam etdiyi qeyd olunur.

“Anadolu” da saxlanılmanı təsdiqləyərək onun keçmiş rejim dövründə fəaliyyət göstərən “Əş-Şəvahin” milisinin yaradıcılarından biri olduğunu yazıb.

Suriyanın İnsan Hüquqları üzrə Monitorinq Mərkəzi də əş-Şahinin saxlanıldığını bildirib və ona qarşı irəli sürülən ittihamların Həma, Palmira və Deyr əz-Zor bölgələrində dinc sakinlərə qarşı pozuntularla bağlı olduğunu qeyd edib.

Suriya hakimiyyəti bildirib ki, əş-Şahin barəsində istintaq davam edir və iş hüquqi prosedurlar tamamlandıqdan sonra aidiyyəti məhkəməyə təqdim ediləcək. Buna görə onun təqsiri yalnız məhkəmənin yekun hökmü ilə müəyyən edilə bilər.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.