İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir

Prezident İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib. Azərbaycan liderini Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov qarşılayıb.

76

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib.

MSNews.az xəbər verir ki, Azərbaycan Prezidentini kompleksdə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov qarşılayıb.

Qarşılanma mərasimindən sonra İlham Əliyev və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən digər dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Türkmənistan 2026-cı ildə Müstəqil Dövlətlər Birliyinə sədrlik edir. Türkmənbaşı şəhərində keçirilən sammit çərçivəsində MDB ölkələri arasında əməkdaşlığın aktual məsələlərinin və regional gündəliyin müzakirəsi nəzərdə tutulur.

Prezident İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində bir gün əvvəl Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşü də keçirilib. Azərbaycan lideri həmin tədbirdə çıxış edib və regional nəqliyyat, enerji, ticarət və investisiya əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.