Azərbaycanda bəzi kolleclərin ləğvi planlaşdırılır

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov bildirib ki, bəzi kolleclər universitetlərin tərkibinə verilə, digərləri isə ləğv oluna bilər. Hələlik konkret siyahı açıqlanmayıb.

60

Azərbaycanda bəzi kolleclərin profilinə uyğun ali təhsil müəssisələrinin tərkibinə verilməsi, bəzi kolleclərin isə ləğv olunması nəzərdə tutulur. Hələlik dəyişikliklərin hansı təhsil müəssisələrini əhatə edəcəyi açıqlanmayıb.

MSNews.az xəbər verir ki, “AzEdu.az” nəşrinə müsahibəsində Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov bu barədə danışıb.

Onun sözlərinə görə, kolleclərin ixtisaslaşmasına uyğun universitetlərin nəzdində fəaliyyət göstərməsi istiqamətində iş aparılır. İsgəndərov nümunə kimi tibb kolleclərinin Azərbaycan Tibb Universitetinin tərkibində fəaliyyət göstərə bilməsini göstərib.

O həmçinin Pedaqoji Kollecin artıq Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərkibində olduğunu xatırladıb və Lənkəran Dövlət Universitetinin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin Azərbaycan Dövlət Aqrar Universitetinin tərkibinə verilməsi ehtimalını nümunə kimi çəkib.

Komitə sədri bildirib ki, bu istiqamətdə müəyyən işlər gedir, lakin konkret olaraq hansı kolleclərin bağlanacağı və ya hansı universitetlərə birləşdiriləcəyi barədə siyahı təqdim etməyib.

İsgəndərov əlavə edib ki, ali təhsil sistemində nəzərdə tutulan dəyişikliklərin məqsədlərindən biri Azərbaycan gənclərinin xaricdə təhsil və fəaliyyət zamanı diplom və kvalifikasiyalarla bağlı əlavə problemlərlə üzləşməməsidir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.