61 yaşlı nənə plankda 5 saat qalaraq rekordunu yenilədi

12 nəvəsi olan 61 yaşlı kanadalı DonnaJean Wilde plank vəziyyətində 5 saat qalaraq əvvəlki rekordunu təxminən 30 dəqiqə yaxşılaşdırıb. Rekord cəhdi ABŞ-da Huntsman World Senior Games zamanı keçirilib.

67

Kanadalı DonnaJan Uayld 61 yaşında plank vəziyyətində düz 5 saat qalaraq özünün əvvəlki dünya rekordunu təxminən 30 dəqiqə yaxşılaşdırıb. 12 nəvəsi olan Uayld rekorda ABŞ-ın Yuta ştatında keçirilən “Huntsman World Senior Games” zamanı imza atıb.

MSNews.az xəbər verir ki, rekord cəhdi oktyabrın 6-da Sent-Corc şəhərində, Yuta Texnologiya Universitetinin “Burns Arena” kompleksində keçirilib. Yarışın təşkilatçıları əvvəlcədən Uayldın 5 saatlıq plankla Ginness rekordunu yeniləməyə çalışacağını açıqlamışdılar.

Uayld plank vəziyyətini bütün 5 saat ərzində qoruyub və beləliklə, 2024-cü ildə qeydə alınmış 4 saat 30 dəqiqə 11 saniyəlik şəxsi rekordunu 29 dəqiqə 49 saniyə yaxşılaşdırıb.

Kanadalı idmançı 2024-cü ildə 58 yaşında qadınlar arasında ən uzun plank üzrə Ginness rekorduna sahib olmuşdu. Həmin cəhd zamanı onun 12 nəvəsi də tribunadan Uaylda dəstək vermişdi.

DonnaJan Uayld keçmiş müəllim və məktəb direktor müavinidir. O, plank məşqlərinə təxminən 12 il əvvəl biləyini sındırdıqdan sonra başlayıb. Qaça və ağırlıq qaldıra bilmədiyi dövrdə plank edə bildiyini görüb və sonradan bu məşqi gündəlik həyatının bir hissəsinə çevirib.

Uayld daha əvvəl başqa bir Ginness rekorduna da sahib olub: 2024-cü ilin sentyabrında o, bir saat ərzində 1 575 dəfə təkanvermə edərək qadınlar arasında dünya rekordu müəyyənləşdirmişdi.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.