Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edildi

Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində Suriyadan 6 qadın və 7 uşaq olmaqla 13 Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb. Onların sosial reabilitasiyası və reinteqrasiyası üçün tədbirlər görüləcək.

63

Azərbaycan hökumətinin həyata keçirdiyi mərhələli və koordinasiyalı tədbirlər nəticəsində oktyabrın 6-da Suriyadan 13 Azərbaycan vətəndaşı — 6 qadın və 7 uşaq ölkəyə repatriasiya edilib.

MSNews.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, ilkin mərhələdə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirilib.

Xarici ölkələrdə böhran vəziyyəti ilə üzləşmiş Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrupunun üzvləri Suriyaya ezam olunub. Vətəndaşların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib.

Daha sonra Azərbaycanın Suriya və Türkiyədəki səfirlikləri, həmçinin İstanbuldakı Baş Konsulluğun koordinasiyası ilə repatriantlar Azərbaycana qayıdış şəhadətnamələri və təyyarə biletləri ilə təmin edilərək ölkəyə gətiriliblər.

XİN bildirib ki, repatriasiya olunan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Nazirliyin məlumatında həmçinin vurğulanıb ki, xarici ölkələrdə silahlı münaqişələrin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində tədbirlər davam etdiriləcək.

Azərbaycan bu ilin iyununda da Suriyadan 23 vətəndaşını — 7 qadın və 16 uşağı repatriasiya etmişdi.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.