Ukrayna öz “Starlink” analoqunu hazırlayır

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin "Starlink"-ə bənzər peyk rabitə sistemi üzərində işlədiyini açıqlayıb. Layihənin texniki detalları və istifadəyə veriləcəyi tarix hələ açıqlanmayıb.

71

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin “Starlink”ə bənzər öz peyk rabitə sistemini yaratmaq istiqamətində işlədiyini açıqlayıb. Onun sözlərinə görə, layihə ilə bağlı artıq müəyyən texniki hazırlıqlar mövcuddur.

MSNews.az xəbər verir ki, “Ukrainska Pravda” Zelenskinin jurnalistlərə “hazırlıqlar var, “Starlink”-ə bənzər sistem üzərində işləyirik” dediyini yazır.

Hazırda layihənin miqyası barədə əlavə məlumat verilməyib. Ukrayna tərəfi neçə peykin orbitə çıxarılacağını, sistemin hansı tezliklərdən istifadə edəcəyini, peyklərin harada istehsal olunacağını və hansı raketlə buraxılacağını açıqlamayıb. Sistemin istifadəyə veriləcəyi tarix də məlum deyil.

Zelenski eyni çıxışında Ukraynanın hazırkı “Starlink” imkanlarından daha geniş istifadə etməsinə icazə verilməsinin vacibliyini də bildirib. Onun sözlərinə görə, bəzi ölkələr yaxın aylarda Rusiyaya oxşar peyk texnologiyalarının yaradılmasına yardım edə bilər.

Bu açıqlama Rusiyanın “Rassvet” adlı “Starlink” alternativini inkişaf etdirməsi fonunda verilib. “Reuters” yazır ki, Moskva 2026-cı ilin martından bu sistem üçün peyklər buraxmağa başlayıb və gələcəkdə təxminən 900 peykdən ibarət şəbəkə yaratmağı planlaşdırır. Kiyev isə layihəni təhlükəsizlik təhdidi hesab edir və onunla əlaqəli şirkətlərə sanksiya tətbiq olunmasını istəyir.

Ukrayna hazırda hərbi və mülki rabitədə “Starlink”-dən geniş istifadə edir. Ölkədə “SpaceX” və “Kyivstar”ın birgə “Starlink Direct-to-Cell” texnologiyasının sınaqları da aparılır.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.