SEPAH Ararat Mirzoyana xəbərdarlıq etdi

Ararat Mirzoyanın Tehran səfəri zamanı İran tərəfi Cənubi Qafqazda xarici qüvvələrin mövcudluğuna qarşı olduğunu bildirib. Lakin SEPAH-ın ABŞ qoşunlarının TRIPP ərazisinə yerləşdiriləcəyi halda Ermənistana hərbi cavabla hədələməsi barədə yeni iddia rəsmi təsdiqini tapmayıb.

82

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Tehran səfəri zamanı İran tərəfi Cənubi Qafqazda regiondankənar qüvvələrin mövcudluğuna qarşı mövqeyini bir daha açıqlayıb. Bununla belə, Mirzoyana ABŞ qoşunlarının TRIPP layihəsi çərçivəsində yerləşdiriləcəyi halda “hərbi cavab” veriləcəyi barədə konkret xəbərdarlığın edilməsi təsdiqlənməyib.

MSNews.az xəbər verir ki, Ararat Mirzoyan oktyabrın 5-də Tehranda İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşüb. Ermənistan XİN-in rəsmi məlumatına görə, tərəflər enerji, nəqliyyat, regional kommunikasiyalar və TRIPP layihəsinin icrasını müzakirə ediblər. Mirzoyan İran tərəfinə layihənin həyata keçirilməsi üzrə görülən işlər barədə məlumat verib.

İranın xarici işlər naziri isə görüşdə Cənubi Qafqazda “üçüncü tərəflərin mövcudluğunun” mümkün nəticələri barədə xəbərdarlıq edib və regionun təhlükəsizlik məsələlərinin region ölkələri tərəfindən həll edilməsinin vacibliyini vurğulayıb.

Mirzoyan eyni gün İran Prezidenti Məsud Pezeşkianla da görüşüb. Görüşdə TRIPP layihəsinin icrası, nəqliyyat infrastrukturunun açılması, enerji əməkdaşlığı və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Rəsmi məlumatlarda hər hansı hərbi ultimatumdan bəhs edilmir.

Bununla yanaşı, oxşar hərbi xəbərdarlıq avqust ayında Ermənistan mediasında İranın general-mayoru Rəhim Səfəviyə istinadən yayılmışdı. Həmin iddiaya görə, əgər TRIPP üzrə təhlükəsizlik ABŞ Silahlı Qüvvələrinə həvalə edilərsə, İran “cavab tədbirləri görmək hüququnu” özündə saxlayacaq.

Lakin bu açıqlamanın ilkin mənbəsi rəsmi İran qurumu deyil, “Sepah Pasdaran” adlı qeyri-rəsmi “Telegram” kanalı olub.

Ermənistan Xarici İşlər Nazirliyi də bildirib ki, TRIPP üzrə açıqlanmış sənədlərə əsasən, layihənin keçdiyi ərazi Ermənistanın yurisdiksiyası və nəzarəti altında qalacaq və üçüncü ölkənin hərbi qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulmur. Nazirlik bunun əksini iddia edən məlumatları dezinformasiya adlandırıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.