Paşinyan Xameneinin vida mərasimi üçün Tehrana gedib

Ermənistanın baş naziri Nikol Paşinyan İranın mərhum ali rəhbəri Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana işgüzar səfərə gedib.

21

Ermənistanın baş naziri Nikol Paşinyan İranın mərhum ali rəhbəri Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana işgüzar səfərə gedib.

MSNews.az xəbər verir ki, məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb. Bildirilib ki, Paşinyan bu gün Tehranda keçirilən rəsmi vida mərasiminə qatılacaq.

Tehranda vida mərasimi iyulun 3-də başlayıb. İranın keçmiş ali rəhbəri Əli Xamenei ilə bağlı genişmiqyaslı vida tədbirləri ölkənin bir neçə şəhərində keçiriləcək.

“Reuters” yazır ki, Xameneinin dəfn mərasimi iyulun 4-də Tehranda başlayacaq və iyulun 9-da onun doğulduğu Məşhəd şəhərində dəfn olunması ilə yekunlaşacaq. Agentliyin məlumatına görə, Xamenei fevralın 28-də ABŞ və İsrailin İrana qarşı zərbələri zamanı öldürülüb.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031