Şotlandiyada burka və niqaba əlavə məhdudiyyət müzakirə olunacaq

"Reform UK" deputatı Thomas Kerr Şotlandiyada ictimai yerlərdə burka, niqab və digər tam üz örtüklərinə əlavə məhdudiyyətlərin nəzərdən keçirilməsini parlament gündəminə çıxarıb. Müzakirə oktyabrın 8-də keçiriləcək.

80

Şotlandiya parlamentində ictimai yerlərdə burka, niqab və digər tam üz örtüklərinə əlavə məhdudiyyətlərin tətbiqinin mümkünlüyü müzakirəyə çıxarılır. “Reform UK”-dən deputat Tomas Kerrin təqdim etdiyi təklif oktyabrın 8-də parlamentdə müzakirə olunacaq.

MSNews.az xəbər verir ki, Kerrin sentyabrın 28-də təqdim etdiyi S7M-01375 nömrəli təklifdə Şotlandiya hökumətinin ictimai yerlərdə tam üz örtüklərinə əlavə məhdudiyyətlərin mümkün faydalarını qiymətləndirməsi istənilir. Sənəddə ictimai təhlükəsizlik, fərdi azadlıqlar və icmalar arasında birlik məsələlərinin nəzərə alınması təklif olunur.

Təklifdə burka və niqab ayrıca qeyd edilir. Bununla belə, sənəd hazırda birbaşa qadağa nəzərdə tutan qanun layihəsi deyil və parlamentin rəsmi məlumatına görə, hələ partiyalararası dəstək də qazanmayıb.

Kerr daha əvvəl, sentyabrın 24-də parlamentdə çıxışı zamanı ictimai yerlərdə bütün üz örtüklərinin, o cümlədən balaklava və burkanın tam qadağan edilməsini istədiyini açıq şəkildə bildirib. O, bunu ictimai təhlükəsizlik və inteqrasiya arqumentləri ilə əsaslandırıb.

Şotlandiya hökuməti isə əlavə qadağaya ehtiyac görmədiyini bildirib. Ədliyyə üzrə kabinet katibi Nil Qrey parlamentdə deyib ki, polis artıq cinayət və ya ictimai asayişin pozulması ilə əlaqədar şəxsin kimliyini gizlətmək üçün üz örtüyündən istifadə edildiyinə dair əsaslı şübhə olduqda həmin örtüyün çıxarılmasını tələb etmək səlahiyyətinə malikdir. Onun sözlərinə görə, Police Scotland hazırkı səlahiyyətləri yetərli hesab edir.

Şotlandiyanın birinci naziri Con Suinni də daha əvvəl oxşar çağırışlara qarşı çıxaraq qadınların nə geyinəcəklərinə özlərinin qərar verməli olduqlarını bildirib.

Məsələ müsəlman qadınların hüquqlarını müdafiə edən təşkilatların da reaksiyasına səbəb olub. “The National” qəzetinə danışan “Amina – The Muslim Women’s Resource Centre” təşkilatının rəhbəri Mariam Ahmed Kerri müsəlman qadınların geyimindən siyasi vasitə kimi istifadə etməkdə ittiham edib. O bildirib ki, müsəlman qadınların geyim seçimlərinə dövlətin müdaxilə etməməsi lazımdır və burkanın ayrıca vurğulanması islamofob ritorikanı gücləndirə bilər.

“Amina” Şotlandiyada müsəlman və etnik azlıq qadınlarına dəstək göstərən, o cümlədən məişət zorakılığı, hüquqi və sosial problemlər üzrə xidmətlər təqdim edən təşkilatdır.

Kerr isə mövqeyində israr edir və tam üz örtüklərinə məhdudiyyətləri təhlükəsizlik və sosial inteqrasiya məsələsi kimi təqdim edir. Şotlandiya hökuməti isə hazırda mövcud polis səlahiyyətlərinin kifayət etdiyini və dini geyimdən cinayət törətmək məqsədilə istifadə edilməsinə dair geniş sübut olmadığını bildirir.

Müzakirə oktyabrın 8-də Şotlandiya parlamentində keçiriləcək və bu mərhələdə söhbət yeni qadağanın qəbulundan deyil, əlavə məhdudiyyətlərin mümkünlüyünün siyasi müzakirəsindən gedir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.