Azərbaycanda ezamiyyət qaydaları dəyişdi

Maliyyə Nazirliyinin Kollegiyası “İşçilərin Ezamiyyə Qaydaları”na dəyişiklik edib. Yeni qayda fiziki şəxs olan işəgötürənlərin işçilərini də əhatə edəcək.

81

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarına dəyişiklik edilib. Bundan sonra fiziki şəxs olan işəgötürənin tapşırığı ilə işçinin başqa yerə göndərilməsi də müəyyən edilmiş şərtlər daxilində ezamiyyət hesab olunacaq.

MSNews.az xəbər verir ki, Maliyyə Nazirliyinin Kollegiyası 18 yanvar 2012-ci il tarixli qərarla təsdiqlənmiş “İşçilərin Ezamiyyə Qaydaları”na müvafiq dəyişiklik edib. Qərarı maliyyə naziri Sahil Babayev imzalayıb.

Dəyişikliyə əsasən, indiyədək qaydada nəzərdə tutulan dövlət orqanı, müəssisə, idarə və təşkilat rəhbərləri ilə yanaşı, fiziki şəxs olan işəgötürənlər də bu çərçivəyə daxil edilir.

Belə ki, fiziki şəxs olan işəgötürənin əmri, sərəncamı və ya qərarı ilə işçinin müəyyən müddətə öz iş yerindən başqa yerə işəgötürənin qanunauyğun tapşırığını yerinə yetirmək məqsədilə göndərilməsi ezamiyyət sayılacaq.

Dəyişiklik xüsusilə hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərən və əmək müqaviləsi əsasında işçi çalışdıran işəgötürənlərin əmək münasibətlərində ezamiyyət anlayışının tətbiqini dəqiqləşdirir.

Qeyd edək ki, 2026-cı ildə Əmək Məcəlləsinə edilən dəyişikliklərlə “ezamiyyət” anlayışı ayrıca müəyyənləşdirilib və təsdiq edilmiş normalardan az olmayan ezamiyyə xərclərini almaq işçinin əsas hüquqları sırasında göstərilib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.