Ronaldunu saxlamaq üçün aeroporta getdilər – Kriştianu qərarını dəyişmədi

Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş və federasiya prezidenti Pedro Proensa Kriştianu Ronaldunu yığmada qalmağa razı salmağa çalışıblar. Ulduz futbolçu isə Kopenhageni tərk edib.

77

Portuqaliya millisində Kriştianu Ronaldu ətrafında yaranmış gərginlik kulminasiya nöqtəsinə çatıb. Baş məşqçi Jorje Jezuş və Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa 41 yaşlı futbolçunu yığmanın düşərgəsində qalmağa razı salmaq üçün son anda aeroporta getsələr də, Ronaldu qərarını dəyişməyərək Kopenhageni tərk edib.

MSNews.az xəbər verir ki, “Marca”-nın məlumatına görə, Ronaldu şəxsi təyyarəsini Madriddən Kopenhagenə çağırıb. Təyyarə gecə saatlarında Danimarka paytaxtına çatıb və daha sonra Ronaldu ilə birlikdə Madridə yola düşüb.

Nəşrin məlumatına görə, Jorje Jezuş və Pedro Proensa aeroporta gedərək futbolçunu komandada qalmağa razı salmağa son cəhd göstəriblər. Lakin Ronaldu mövqeyindən geri çəkilməyib və təyyarəyə minərək Danimarkanı tərk edib.

FPF isə Ronaldunun milli komandanın düşərgəsini tərk etdiyini rəsmən təsdiqləyib. Federasiya ayrılığın səbəblərini açıqlamayıb və digər 24 futbolçunun qarşıdakı oyunlara hazırlığı davam etdirdiyini bildirib.

Məsələnin əsasında Ronaldunun Norveçlə qarşılaşmada ehtiyatda saxlanılması dayanır. Jezuş əvvəlcə futbolçunu meydana buraxmağı nəzərdə tutsa da, oyunun gedişinə görə bundan imtina edib. Ronaldu təxminən yarım saat isinməsinə baxmayaraq meydana çıxmayıb.

Jezuş sonrakı mətbuat konfransında komandada qərarları özünün verdiyini açıq şəkildə vurğulayıb və heç bir futbolçunun onun qərarını dəyişdirə bilməyəcəyini bildirib. Baş məşqçi eyni zamanda Ronaldu ilə şəxsi münaqişəsinin olmadığını və yaranmış vəziyyətin şişirdildiyini söyləyib.

Bundan az sonra Ronaldu düşərgəni tərk etdiyini açıqlayıb:

“Vaxtı gələndə məni bu qərara sövq edən səbəblər barədə bütün portuqaliyalılara həqiqəti danışacağam.”

Futbolçu bunun milli komandadakı karyerasının başa çatması olduğunu rəsmi şəkildə elan etməyib. Buna görə də hazırda Ronaldunun Portuqaliya millisindən birdəfəlik getdiyini söyləmək tezdir.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.