İlham Əliyev FIFA prezidenti Canni İnfantinonu qəbul edib

Prezident İlham Əliyev FIFA prezidenti Canni İnfantino ilə görüşüb. Görüşdə Azərbaycanda keçiriləcək U-15 və 2027-ci il U-20 dünya çempionatlarına hazırlıq müzakirə olunub.

12

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA prezidenti Canni İnfantinonu qəbul edib. Görüşdə Azərbaycanda futbolun inkişafı, ölkənin ev sahibliyi edəcəyi FIFA turnirlərinə hazırlıq və FIFA ilə əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

MSNews.az xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişafı istiqamətində görülən işlərə verdiyi dəstəyə görə Canni İnfantinoya təşəkkür edib.

Dövlət başçısı gələn ay Azərbaycanda ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Kuboku və Festivalına, eləcə də 2027-ci ildə təşkil olunacaq FIFA U-20 Dünya Kubokuna hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını bildirib. Prezident bu turnirlərin bütövlükdə regionda futbolun inkişafına töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.

Canni İnfantino isə qəbula görə Prezident İlham Əliyevə təşəkkür edib. FIFA rəhbəri U-15 turnirinin ilk dəfə Azərbaycanda təşkil olunmasının əhəmiyyətini vurğulayaraq dünya idman ictimaiyyətinin diqqətinin bu tədbirə yönələcəyini bildirib.

191 ölkənin futbol nümayəndələri Bakıya gələcək

FIFA-nın rəsmi məlumatına görə, U-15 Dünya Kuboku və Festivalının ilk oyunları 22 oktyabrda başlayacaq, yarış oktyabrın 30-da finallarla yekunlaşacaq. Turnirdə FIFA-nın 191 üzv assosiasiyası təmsil olunacaq.

Matçlar 8×8 formatında keçiriləcək. Oyunların böyük hissəsinə Bakıdakı Hövsan İdman Kompleksi, finallara isə “Crystal Hall” ev sahibliyi edəcək.

Görüşdə həmçinin Azərbaycanla FIFA arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib, AFFA-nın FIFA-nın fəaliyyətinə verdiyi dəstək qeyd olunub və gələcək tərəfdaşlıq imkanları müzakirə edilib. Görüşün sonunda Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim edib.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti