Husilər Aİ və ABŞ gəmilərinə hücum etməyəcəklərini bildiriblər

“Financial Times”ın məlumatına görə, Yəməndəki husilər Aİ-yə Qırmızı dənizdə Avropa gəmilərini hədəfə almayacaqlarını bildirib. Qruplaşma Oman vasitəsilə ABŞ-a da analoji təminat verib.

9

Yəməndəki husilər Avropa İttifaqına Qırmızı dənizdə Avropa gəmilərini hədəfə almayacaqları barədə təminat veriblər. “Financial Times”ın məlumatına görə, qruplaşma özünün hazırkı hərbi kampaniyasının beynəlxalq gəmiçiliyə deyil, Səudiyyə Ərəbistanına qarşı yönəldiyini bildirib.

MSNews.az xəbər verir ki, “Financial Times” məsələdən məlumatlı iki diplomata istinadən yazıb ki, husilər sentyabrın 10-da Aİ-nin xarici siyasət xidmətinə məktub göndəriblər. Məktubda onların Yəmənin cənub və qərb sahillərindəki əməliyyatlarının Bab əl-Məndəb boğazında beynəlxalq gəmiçiliyi pozmaq məqsədi daşımadığı bildirilib.

Husilərin siyasi bürosunun üzvü Məhəmməd əl-Buxeyti isə “Associated Press”-ə bildirib ki, qruplaşma ABŞ administrasiyasına da Amerika gəmilərinin hədəfə alınmayacağı barədə məlumat verib. Onun sözlərinə görə, Bab əl-Məndəbdə Səudiyyə Ərəbistanı istisna olmaqla digər ölkələrin gəmilərinin hədəfə alınması nəzərdə tutulmur.

Məlumata görə, ABŞ-la bu təmaslar Omanın vasitəçiliyi ilə aparılıb. Oman XİN də son həftələrdə Vaşinqtonla regional gərginliyin azaldılması və diplomatik kanalların qorunması üzrə intensiv təmasların davam etdiyini açıqlayıb.

Bununla yanaşı, husilərin verdiyi təminatlar Qırmızı dənizdə təhlükəsizlik narahatlığını tam aradan qaldırmayıb. Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas sentyabrın 21-də “Aspides” dəniz missiyasının gücləndirilməsinə ehtiyac olduğunu bildirib. Hazırda missiyanın altı döyüş gəmisi ilə fəaliyyət göstərdiyi, lakin artan risklər fonunda sayın 10-dan çox olmasının lazım gəldiyi qeyd edilib.

Aİ bundan əvvəl husilərin Səudiyyə Ərəbistanına və kommersiya gəmiçiliyinə hücumlarını pisləyərək Qırmızı dənizdə bütün gəmilər üçün naviqasiya azadlığının qorunmasına çağırıb. Buna görə husilərin son təminatları hələlik siyasi bəyanat xarakteri daşıyır və onların praktikada necə tətbiq olunacağı əsas suallardan biri olaraq qalır.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti