Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğızıstana işgüzar səfərə gedib.
MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi internet saytında məlumat verilib.
Prezident İlham Əliyevin təyyarəsi Qırğızıstanın “Manas” Beynəlxalq Hava Limanına enib. Dövlət başçısının şərəfinə hava limanında fəxri qarovul dəstəsi düzülüb.
İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev qarşılayıb.
Rəsmi məlumatda səfərin əsas məqsədinin Şanxay Əməkdaşlıq Təşkilatının Qırğızıstanda keçirilən tədbirlərində iştirak olduğu bildirilib. Səfər çərçivəsində Azərbaycan Prezidentinin bir sıra görüş və tədbirlərdə iştirakı nəzərdə tutulur.