İlham Əliyev və Mehriban Əliyeva Buxaraya gəliblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşkənddən Buxaraya gəliblər. Onları hava limanında Şavkat Mirziyoyev və Ziroatxon Mirziyoyeva qarşılayıblar.

114

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 24-də Özbəkistanın paytaxtı Daşkənddən Buxara şəhərinə gəliblər.

MSNews.az xəbər verir ki, Buxara Beynəlxalq Hava Limanında Azərbaycan Prezidenti və birinci xanımı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşılayıblar. Məlumat Azərbaycan Prezidentinin rəsmi saytında da təsdiqlənib.

“Report” da dövlət başçısının Özbəkistana səfər proqramının Buxarada davam etdiyini bildirib.

İlham Əliyev Özbəkistana dövlət səfərinə avqustun 23-də gəlib. Daşkənddə səfər çərçivəsində Azərbaycan və Özbəkistan liderlərinin təkbətək görüşü, Ali Dövlətlərarası Şuranın üçüncü iclası, bir sıra layihələrin açılış və təməlqoyma mərasimləri keçirilib.

Buxara proqramı çərçivəsində Azərbaycan və Özbəkistan prezidentləri, birinci xanımlar və ailə üzvləri daha sonra şəhərdəki İsmayıl Samani türbəsi ilə də tanış olublar.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.