Andraş Baka Macarıstan prezidenti vəzifəsinin icrasına başlayıb

Andraş Baka avqustun 19-da rəsmən Macarıstan prezidenti vəzifəsinin icrasına başlayıb. Baş nazir Peter Magyar yeni dövlət başçısını təbrik edib.

45

Andraş Baka avqustun 19-da rəsmən Macarıstan prezidenti vəzifəsinin icrasına başlayıb. Bu barədə ölkənin Baş naziri Peter Madyar “X” sosial şəbəkəsində məlumat verib.

MSNews.az xəbər verir ki, Madyar yeni dövlət başçısına fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. O, paylaşımında Baka üçün “mümkün qədər çox insanpərvərlik” arzusunu da ifadə edib.

Andraş Baka avqustun 11-də Macarıstan parlamentində keçirilən səsvermədə 140 deputatın dəstəyi ilə prezident seçilib. Altı deputat onun əleyhinə səs verib, keçmiş baş nazir Viktor Orbanın “Fidesz” partiyası isə səsverməni boykot edib.

Bu barədə “Reuters”“Associated Press” məlumat yayıb.

73 yaşlı Baka əvvəllər Macarıstan Ali Məhkəməsinə rəhbərlik edib, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsində hakim kimi çalışıb. Macarıstanda prezident postu əsasən təmsilçilik xarakteri daşısa da, dövlət başçısı qanunları yenidən parlamentə və ya yoxlanılması üçün Konstitusiya Məhkəməsinə göndərə bilər.

Baka prezident vəzifəsində Tamaş Şuyoku əvəz edib. Şuyokun səlahiyyətlərinə iyulda qəbul edilən konstitusiya dəyişikliyi ilə vaxtından əvvəl xitam verilmişdi.