ABŞ-da “dünyanın ən çirkin iti” seçilib

Kaliforniyada keçirilən 50-ci “World’s Ugliest Dog” müsabiqəsinin qalibi altı yaşlı mops "Jinny Lu" olub. Onun sahibi 5 min dollar mükafat qazanıb.

64

ABŞ-ın Kaliforniya ştatında keçirilən 50-ci “World’s Ugliest Dog” müsabiqəsinin qalibi altı yaşlı mops “Jinny Lu” olub.

MSNews.az xəbər verir ki, yarış avqustun 14-də Santa Rosa şəhərindəki “Sonoma County Fair” çərçivəsində keçirilib. “Associated Press”“ABC7 News” “Jinny Lu”nun iri gözləri, sallanan dili və fərqli görünüşü ilə münsiflərin seçimində birinci olduğunu bildirir.

İtin sahibi Mişel Qreydi “Jinny Lu”nu dörd il əvvəl Pug Rescue” təşkilatı vasitəsilə övladlığa götürüb. Qələbəyə görə Qreydiyə 5 min dollar — təxminən 8,5 min manat mükafat verilib. “Jinny Lu” ötən il yarışda ikinci olmuş, bu il isə dördüncü cəhdində əsas mükafatı qazanıb.

Mükafatın sponsoru MUG Root Beer” “Jinny Lu”nun təsvirini məhdud sayda istehsal ediləcək içki bankalarının üzərində yerləşdirəcək. Bu müddətdə o, brendin ənənəvi it maskotunu əvəz edəcək.

Müsabiqədə ikinci yeri çihuahua və pomeran şpitsinin qarışığı Pinky”, üçüncü yeri isə çihuahua qarışığı Otto” tutub. Onların sahibləri müvafiq olaraq 3 min və 2 min dollar mükafat alıblar.

Təşkilatçılar bildirirlər ki, yarışın məqsədi heyvanları görünüşünə görə ələ salmaq deyil. 50 ildir keçirilən tədbir xüsusilə sığınacaqlardan xilas edilmiş itlərin fərdiliyini ön plana çıxarmaq və heyvanların övladlığa götürülməsini təşviq etmək məqsədi daşıyır.