İsrail XİN Fidanın “tarixi Fələstin” xəritəli fotosuna etiraz edib

İsrail XİN Hakan Fidanın Liviyada Əbdülhəmid Dibeybə ilə görüşündə İsrailin göstərilmədiyi “tarixi Fələstin” xəritəsinin yer aldığı görüntünü tənqid edib. Nazirlik Türkiyənin Qəzzanın təhlükəsizlik mexanizmlərində rolunu da rədd edib.

56

İsrail Xarici İşlər Nazirliyi Türkiyənin xarici işlər naziri Hakan Fidanın Liviyanın Baş naziri Əbdülhəmid Dibeybə ilə Tripolidə keçirilən görüşündə İsrailin yer almadığı “tarixi Fələstin” xəritəsinin göründüyü fotoya sərt reaksiya verib. İsrail XİN həmin görüntünü Fidanın Qəzza ilə bağlı son açıqlamalarına cavabında gündəmə gətirib.

MSNews.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, Fidan avqustun 11-də Tripolidə Milli Birlik Hökumunun Baş naziri Əbdülhəmid Dibeybə ilə görüşüb. Onun Liviyaya səfəri 11-12 avqust tarixlərini əhatə edib.

Görüşdən yayılan görüntülərdə Fələstin mövzusunda hazırlanmış lövhə diqqət çəkib. “TurkPress” və Türkiyənin Strateji Düşüncə İnstitutunun materialına görə, lövhədə “Aidun” – “Qayıdırıq” ifadəsinin yazıldığı açar simvolu və İsrail ayrıca göstərilmədən Aralıq dənizi ilə İordan çayı arasındakı ərazini tarixi Fələstin kimi təqdim edən xəritə yer alıb.

İsrail XİN avqustun 14-də rəsmi “X” hesabında Fidanı “İsraili tamamilə silən xəritə ilə poza verdikdən bir gün sonra İsraili təhdid etməkdə” ittiham edib. Nazirlik həmçinin Türkiyənin Qəzzada İsrailin təhlükəsizlik mexanizmlərini müəyyənləşdirməkdə rolunun olmadığını bildirib və Ankaranı HƏMAS rəhbərliyinə ev sahibliyi etməkdə ittiham edib.

İsrail tərəfinin reaksiyası birbaşa yalnız Liviyadakı fotoya deyil, Fidanın bundan sonra Misirdə səsləndirdiyi açıqlamalara cavab olaraq verilib. Türkiyənin xarici işlər naziri Qəzza üzrə planın növbəti mərhələsində İsrailin üzərinə düşən addımları atmaması halında Türkiyə, Misir və Qətər də daxil olmaqla vasitəçilərin “radikal addımlar” atmağa məcbur qala biləcəyini söyləyib. Bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.