İranın Sirik şəhərində partlayış səsləri eşidilib

İranın Hörmüzgan əyalətində yerləşən Sirik şəhəri yaxınlığında partlayış səsləri eşidilib. İran dövlət mediası hadisənin səbəbinin ilkin mərhələdə məlum olmadığını bildirib.

210

İranın cənubunda yerləşən Hörmüzgan əyalətinin Sirik şəhəri yaxınlığında partlayış səsləri eşidilib.

MSNews.az xəbər verir ki, bu barədə İran dövlət mediası məlumat yayıb. “IRIB News” hadisənin Sirik və Qeşm istiqamətində qeydə alındığını bildirib. İlkin məlumatlarda səsin mənbəyinin dəqiq müəyyənləşdirilmədiyi qeyd olunub.

“Mehr News” isə yerli mənbələrə istinadən partlayışa bənzər səslərin Sirikin dəniz akvatoriyası istiqamətindən gəldiyini yazıb. Agentlik hadisənin səbəbi ilə bağlı müxtəlif ehtimalların irəli sürüldüyünü, lakin onların hələlik rəsmi təsdiqini tapmadığını vurğulayıb.

“Anadolu Agentliyi” İran dövlət televiziyasına istinadən partlayış səslərinin Sirik limanı ərazisində eşidildiyini bildirib. Məlumata görə, hadisə Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyinin artdığı bir vaxta təsadüf edib.

“Reuters” yazır ki, İran dövlət mediası adı açıqlanmayan hərbi mənbəyə istinadən Sirik istiqamətindən Hörmüz boğazında qaydaları pozduğu bildirilən gəmilərə xəbərdarlıq atəşləri açıldığını da qeyd edib. Eyni mənbəyə görə, yaxınlıqdakı Kərpan bölgəsindən boğaz istiqamətinə iki xəbərdarlıq raketinin buraxıldığı da bildirilir.

Hazırda partlayış səslərinin konkret səbəbi, mümkün dağıntı və ya xəsarətlə bağlı rəsmi təsdiqlənmiş məlumat yoxdur. İran rəsmilərindən hadisə ilə bağlı əlavə açıqlama gözlənilir.

Sirik şəhəri İranın cənubunda, Hörmüz boğazına yaxın strateji bölgədə yerləşir. Region son günlər ABŞ və İran arasında gərginliyin artması fonunda beynəlxalq medianın diqqət mərkəzindədir. “The Guardian” ABŞ-ın bölgədə İran hədəflərinə zərbələr endirdiyini, Vaşinqtonun bunu Hörmüz boğazında yük gəmisinə hücuma cavab kimi təqdim etdiyini yazıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.