FIFA İran və Misirin müraciətini qəbul etmədi

FIFA İran və Misir yığmalarının Sietldə keçiriləcək DÇ-2026 matçında LGBT simvollarının qadağan edilməsi ilə bağlı etirazlarına baxmayaraq, stadionda göy qurşağı bayraqlarına icazə veriləcəyini açıqlayıb.

19

FIFA İran və Misir yığmalarının etirazlarına baxmayaraq, DÇ-2026-nın Sietldə keçiriləcək İran–Misir matçında göy qurşağı bayraqları və LGBTQ+ simvollarına icazə veriləcəyini təsdiqləyib.

MSNews.az xəbər verir ki, “Reuters”in məlumatına görə, FIFA cümə günü keçiriləcək “G” qrupu matçında azarkeşlərin stadion daxilinə göy qurşağı bayraqları gətirməsinə mane olmayacaq. Agentlik yazır ki, qarşılaşma Sietlin yerli təşkilat komitəsi tərəfindən “Pride Match” kimi təqdim edilib və oyun şəhərdə illik “Pride” həftəsonu tədbirləri fonunda baş tutacaq.

Məsələ 2026-cı il Dünya Kubokunun püşkatmasından sonra daha çox müzakirə olunmağa başlayıb. “KUOW”un məlumatına görə, Sietl əvvəlcədən qrup mərhələsinin oyunlarından birini “Pride Match” kimi qeyd etməyi planlaşdırmışdı. Püşkatmadan sonra həmin oyunun İran və Misir arasında keçiriləcəyi müəyyənləşib. Hər iki ölkə bu qərarla bağlı FIFA-ya etiraz edib.

Sky Sports” yazır ki, Sietl təşkilatçıları bu matçın futbol ictimaiyyətini birləşdirə biləcəyinə ümid etdiklərini bildiriblər. Yerli təşkilat komitəsinin nümayəndələri İran və Misirdən gələn azarkeşlərin şəxsi kimliyindən asılı olmayaraq Sietldə xoş qarşılanacağını vurğulayıblar.

Həm İran, həm də Misir LGBTQ+ mövzusuna münasibətin sərt olduğu ölkələr sırasındadır və bu səbəbdən matç ətrafında yaranan müzakirələr təkcə idman yox, həm də sosial-siyasi xarakter daşıyır. Buna baxmayaraq, FIFA stadion daxilində simvolların qadağan edilməsinə əsas görməyib.

FIFA prezidenti Canni İnfantino isə daha əvvəl məsələni yumşaltmağa çalışaraq matçın özünün rəsmi şəkildə “Pride” tədbiri olmadığını, şəhərdə keçirilən tədbirlərin isə yerli təşkilatçılarla bağlı olduğunu bildirmişdi. Bununla belə, Sietl tərəfi “Pride” tədbirlərinin Dünya Kubokundan əvvəl də mövcud olduğunu və turnirdən sonra da davam edəcəyini qeyd edib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.