Zelenski Belarusdakı siqnal retranslyatorlarının işləmədiyini açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski Belarus ərazisində Rusiya dronlarına dəstək verdiyi iddia olunan siqnal retranslyatorlarının iyunun 22-dən fəaliyyətini dayandırdığını bildirib.

18

Ukrayna Prezidenti Volodimir Zelenski Belarus ərazisində Rusiya dronlarına dəstək verdiyi iddia olunan siqnal retranslyatorlarının fəaliyyətini dayandırdığını bildirib.

MSNews.az xəbər verir ki, “Reuters” Zelenskinin bu barədə açıqlamasını yayıb. Ukrayna liderinin sözlərinə görə, iyunun 22-dən etibarən Belarus ərazisindəki müvafiq retranslyatorlar işləmir.

Zelenski bildirib ki, ona bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin baş komandanı və kəşfiyyat təqdim edib. O, avadanlıqların tam sökülüb-sökülmədiyini hələ bilmədiyini, lakin prosesin diqqətlə izlənildiyini deyib.

“Bu, faktdır ki, retranslyatorlar bu gün işləmir”, – deyə Zelenski bildirib.

Ukrayna Prezidenti daha əvvəl Belarusu Rusiya dronlarının Ukrayna ərazilərinə hücumlarında istifadə olunduğunu iddia etdiyi siqnal avadanlıqlarını sökməyə çağırmışdı. O, Minskə bunun üçün vaxt verildiyini və əks halda Ukraynanın özü addım ata biləcəyini bildirmişdi.

“Reuters” qeyd edir ki, Zelenskinin retranslyatorların fəaliyyətini dayandırması ilə bağlı açıqlamasının müstəqil təsdiqi hələ yoxdur.

Belarus Prezidenti Aleksandr Lukaşenko isə son açıqlamalarında ölkəsinin Ukrayna ilə döyüşmək istəmədiyini bildirib. O, Kiyev nümayəndələrinin Minskdə olduğunu və Ukraynanı Belarusu müharibəyə çəkməməyə çağırdığını deyib.

Moskva da Belarus ətrafında gərginliyin artması ilə bağlı iddialara reaksiya verib. Kreml Rusiyanın Belarusu Ukraynaya qarşı müharibədə daha fəal iştiraka məcbur etməsi barədə xəbərləri təkzib edib və Minski “ən yaxın müttəfiq” adlandırıb.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.