Xorvatiya millisi dünya çempionatının “L” qrupunda Panama üzərində vacib qələbə qazanıb.
MSNews.az xəbər verir ki, Xorvatiya Panamanı 1:0 hesabı ilə məğlub edib. Görüş Torontoda keçirilib.
Oyunun yeganə qolu ikinci hissədə vurulub. Xorvatiyanın heyətində Ante Budimir 54-cü dəqiqədə fərqlənərək komandasına qələbə qazandırıb.
Bu oyun Xorvatiya millisinin kapitanı Luka Modriç üçün xüsusi əhəmiyyət daşıyıb. Təcrübəli futbolçu milli komandada 200-cü matçına çıxıb.
Məğlubiyyət Panamanın pley-off mərhələsinə yüksəlmək şanslarını sona çatdırıb. Komandanın baş məşqçisi Tomas Kristiansen isə futbolçularının turnirdə göstərdiyi mübarizədən razı qaldığını bildirib.
Bu nəticədən sonra Xorvatiya “L” qrupunda növbəti mərhələyə çıxmaq ümidlərini qoruyub. Komandanı son turda Qana ilə həlledici qarşılaşma gözləyir.