Krımda əhaliyə və qeyri-dövlət qurumlarına yanacaq verilməsi dayandırılıb.
MSNews.az xəbər verir ki, “Associated Press” agentliyi Rusiya tərəfindən təyin edilmiş Krım rəhbəri Sergey Aksyonovun açıqlamasına istinadən yazır ki, yarımadadakı yanacaqdoldurma məntəqələrində fiziki şəxslərə və qeyri-dövlət şirkətlərinə yanacaq satışı dayandırılıb.
Aksyonov bildirib ki, yanacaq yalnız “Krım Respublikası”nın həyat fəaliyyətini və təhlükəsizliyini təmin edən dövlət xidmətlərinə veriləcək. O, sakinləri sakit olmağa və yalnız rəsmi mənbələrə inanmağa çağırıb.
Məlumata görə, məhdudiyyət həm nağd, həm nağdsız ödənişlə, həm də talonla yanacaq əldə edilməsinə şamil olunur. Qərarın nə qədər davam edəcəyi hələlik açıqlanmayıb.