Krımın şimalında böhran: “Qırmızı Xaç” humanitar ehtiyatları artırır

Krımın şimalında elektrik, su, rabitə və yanacaq problemləri davam edir. Rusiya Qırmızı Xaçı yarımada və Sevastopol üçün ərzaq, içməli su və gigiyena vasitələri hazırlayıb.

Krımda əhaliyə yanacaq satışı dayandırıldı

Krımın Rusiya tərəfindən təyin edilmiş rəhbəri Sergey Aksyonov bildirib ki, yanacaqdoldurma məntəqələrində fiziki və hüquqi şəxslərə yanacaq satışı dayandırılıb. Yanacaq yalnız dövlət xidmətlərinə veriləcək.