Mərakeş Şotlandiyanı məğlub etdi

DÇ-2026-nın "C" qrupunda Mərakeş millisi Şotlandiyanı 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu İsmail Saibari oyunun 71-ci saniyəsində vurub.

15

Mərakeş millisi DÇ-2026-nın “C” qrupunda Şotlandiya üzərində vacib qələbə qazanıb.

MSNews.az xəbər verir ki, Mərakeş Şotlandiyanı 1:0 hesabı ilə məğlub edib. Görüşün taleyini oyunun əvvəlində vurulan qol həll edib.

İsmail Saibari matçın 71-ci saniyəsində fərqlənərək Mərakeşi önə keçirib. Bu qol turnirin həmin ana qədər ən sürətli qolu kimi qeydə alınıb.

Şotlandiya ikinci hissədə oyuna qayıtmağa çalışsa da, Mərakeş müdafiəsi üstünlüyünü qoruyub saxlaya bilib. Şotlandlar bir neçə epizodda penalti tələb etsələr də, hakim oyunu davam etdirib.

Mərakeş bu qələbə ilə “C” qrupunda mövqeyini xeyli gücləndirib. Komanda ilk turda Braziliya ilə 1:1 hesablı heç-heçə etmişdi.

Şotlandiya isə ilk oyunda Haitini 1:0 məğlub etsə də, Mərakeş qarşısında xal qazana bilməyib.

Şotlandiya millisinin baş məşqçisi Klark bildirib ki, erkən qol komandaya psixoloji təsir göstərib, lakin Şotlandiya mübarizəni davam etdirmək imkanını qoruyur. Onun sözlərinə görə, komanda indi həm fiziki, həm də mental olaraq Braziliya ilə oyuna hazırlaşmalıdır.

Mərakeş isə son tur öncəsi qrupdan çıxmaq şansını daha da artırıb və 2022-ci ildəki uğurlu mundial çıxışından sonra yenidən diqqət mərkəzinə düşüb.