Endi Börnhem Meykerfild seçkisində qalib gəldi

Endi Börnhem Meykerfild keçirilən əlavə seçkidə səslərin 54,8 faizini toplayaraq "Reform UK" namizədini məğlub edib və Britaniya siyasətində mövqeyini gücləndirib.

8

Böyük Britaniyada Meykerfild seçki dairəsində keçirilən əlavə seçkidə Leyboristlər Partiyasının namizədi Endi Börnhem qalib gəlib.

MSNews.az xəbər verir ki, “The Guardian” “Press Association” nəticələrinə istinadən yazır ki, Börnhem 24 937 səs toplayaraq 54,82 faiz nəticə göstərib. “Reform UK” namizədi Robert Kenyon isə 15 696 səs və 34,51 faizlə ikinci olub.

Beləliklə, Endi Börnhem rəqibini 9 241 səs fərqi ilə məğlub edib. Bu nəticə onun parlamentə qayıdışını təmin edib və Leyboristlər Partiyası daxilində siyasi çəkisini artırıb.

“Reuters” yazır ki, Börnhem qələbədən sonra Britaniyada “fundamental dəyişiklik” çağırışı edib. O, iqtisadiyyat, immiqrasiya, təhsil və sənaye siyasətində yeni yanaşmaya ehtiyac olduğunu bildirib.

Seçki nəticəsi Baş nazir Keir Starmer üçün də siyasi təzyiqi artırıb. Britaniya mediası Börnhemin qələbəsini onun gələcəkdə Leyboristlər Partiyasının liderliyinə və baş nazir postuna potensial namizəd kimi mövqeyini gücləndirən hadisə kimi qiymətləndirir.

“Sky News” qeyd edir ki, Meykerfild nəticəsi Börnhemin şəxsi siyasi nüfuzunun güclü olduğunu göstərib. O, “Reform UK” üzərində 20 faiz bəndindən çox fərqlə qalib gəlib.

Bununla belə, Börnhem hələlik Starmerə qarşı liderlik mübarizəsinə başlayacağını rəsmən elan etməyib. O, çıxışında əsas diqqəti ölkədə dəyişiklik ehtiyacına və seçicilərin mesajının eşidilməsinə yönəldib.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930