Stalinin imzalı məxfi sənədi ABŞ-da satıldı

İkinci Dünya müharibəsi dövrünə aid, İosif Stalinin imzası olan “tam məxfi” sənəd ABŞ-da RR Auction hərracında 13 764 dollara satılıb.

16

ABŞ-da İosif Stalinin imzası olan İkinci Dünya müharibəsi dövrünə aid məxfi sənəd hərracda satılıb.

MSNews.az xəbər verir ki, “RR Auction” hərrac evinin məlumatına görə, “İosif Stalinin imzası olan, azad edilmiş Şərqi Avropanın müdafiəsinə dair İkinci Dünya müharibəsi dövrü sənədi” adlı lot 13 764 dollara alıcı tapıb.

Sənəd 28 sentyabr 1944-cü il tarixinə aiddir və rus dilində hazırlanıb. Üç səhifəlik sənədin üzərində “tam məxfi” qeydi var.

Lotun təsvirində bildirilir ki, sənəd Ali Baş Komandan, Sovet İttifaqı marşalı İosif Stalinə ünvanlanıb. Burada Tallin, Riqa və Varşavanın azad edilməsindən sonra həmin şəhərlərin müdafiəsi üçün istifadə ediləcək zenit-hava hücumundan müdafiə vasitələrinin ayrılması planı təqdim olunur.

Sənəddə həmçinin yanacaq bölgüsü və bəzi hərbi hissələrin yenidən təyinatı ilə bağlı məlumatlar yer alır. Birinci səhifənin yuxarı hissəsində Stalinin mavi silinməz karandaşla “J. Stalin” imzası olduğu qeyd edilir.

“RR Auction” həmin lotun 2026-cı il iyunun 10-da başa çatan hərracda satıldığını və ilkin qiymətləndirmənin 10 min dollardan yuxarı olduğunu göstərir.

Sənədin sonunda isə İkinci Dünya müharibəsi illərində Qırmızı Ordunun artilleriya qoşunlarına komandanlıq etmiş Nikolay Voronovun imzası yer alır.

Hərrac evi sənədi Sovet hərbi planlaşdırmasının və Stalinin müharibə dövründə mərkəzləşdirilmiş qərarvermə sistemindəki rolunun nadir nümunələrindən biri kimi təqdim edir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.