Çexiya CAR-la heç-heçə etdi

Çexiya millisi DÇ-2026-nın A qrupunda Cənubi Afrika Respublikası ilə 1:1 hesablı heç-heçə edib. CAR bərabərlik qolunu penalti ilə vurub.

29

Çexiya və Cənubi Afrika Respublikası DÇ-2026-nın A qrupunda xalları bölüşüb.

MSNews.az xəbər verir ki, Atlantadakı “Mercedes-Benz Stadium”da keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Çexiya oyuna daha fəal başlayıb və 6-cı dəqiqədə Michal Sadilekin qolu ilə hesabı açıb. Birinci hissədə Avropa təmsilçisi üstünlüyünü artırmaq üçün bir neçə imkan yaratsa da, fərqi böyüdə bilməyib.

Cənubi Afrika Respublikası ikinci hissədə oyuna daha çox nəzarət etməyə çalışıb və 83-cü dəqiqədə penalti qazanıb. Teboho Mokoena zərbəni dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.

Matçdan əvvəl hər iki komandanın heyətdə dəyişiklik etdiyini yazmışdı. Çexiya Cənubi Koreyaya, CAR isə Meksikaya məğlubiyyətdən sonra bu görüşə ciddi təzyiq altında çıxmışdı.

Bu nəticədən sonra hər iki komanda A qrupunda ilk xalını qazanıb. Çexiya və Cənubi Afrika Respublikası üçün növbəti tur qrupdan çıxmaq baxımından həlledici əhəmiyyət daşıyacaq.