Hikmət Hacıyev və Armen Qriqoryan Dilicanda görüşüb

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Dilicanda işgüzar görüş keçiriblər. Tərəflər sülh gündəliyi və növbəti təmasları müzakirə ediblər.

16

Azərbaycan və Ermənistan rəsmiləri sülh gündəliyi üzrə işçi təmasları davam etdirmək barədə razılığa gəliblər.

MSNews.az xəbər verir ki, iyunun 14-də Ermənistanın Dilican şəhərində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib.

AZƏRTAC”ın məlumatına görə, görüş zamanı tərəflər Azərbaycan-Ermənistan sülh gündəliyi ilə bağlı bir sıra məsələləri müzakirə ediblər. Regionda davamlı sülh və sabitliyin təşviqi çərçivəsində ikitərəfli dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.

Armenpress” Ermənistan Təhlükəsizlik Şurası Ofisinə istinadən yazır ki, görüşdə iki ölkənin vətəndaş cəmiyyətləri arasında qarşılıqlı etimadın artırılması ilə bağlı tədbirlər barədə də fikir mübadiləsi aparılıb.

Hikmət Hacıyev və Armen Qriqoryan işçi səviyyəsində təmasların davam etdirilməsi barədə razılığa gəliblər. Tərəflər növbəti görüşün Azərbaycanda keçiriləcəyini təsdiqləyiblər.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Xəbər lenti