Ceyhun Bayramov Marko Rubio ilə danışıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb. Tərəflər strateji tərəfdaşlıq, enerji, investisiya və Azərbaycan–Ermənistan normallaşma prosesini müzakirə ediblər.
Hikmət Hacıyev və Armen Qriqoryan Dilicanda görüşüb
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Dilicanda işgüzar görüş keçiriblər. Tərəflər sülh gündəliyi və növbəti təmasları müzakirə ediblər.