Aİ Rusiya hərbçilərinə giriş qadağası təklif etdi

Avropa Komissiyası Rusiyaya qarşı 21-ci sanksiya paketi çərçivəsində Ukraynaya qarşı müharibədə iştirak etmiş Rusiya hərbçilərinin Avropa İttifaqına girişinin qadağan olunmasını təklif edib.

18

Avropa İttifaqı Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etmiş şəxslərə qarşı viza və giriş məhdudiyyətlərini sərtləşdirməyə hazırlaşır.

MSNews.az-ın Avropa Komissiyasının rəsmi açıqlamasına istinadən məlumatına görə, Komissiya Rusiyaya qarşı 21-ci sanksiya paketi çərçivəsində Rusiya Silahlı Qüvvələrində müharibənin əvvəlindən xidmət etmiş şəxslərin Aİ ərazisinə girişinin qadağan edilməsini təklif edib.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, bu addım ilk dəfə olaraq Rusiyanın hərbi əməliyyatlarında iştirak etmiş şəxslərin Avropa İttifaqına girişinin məhdudlaşdırılmasını nəzərdə tutur. Onun sözlərinə görə, Avropa “Ukraynaya hücumda iştirak etmiş şəxslər” üçün açıq olmamalıdır.

“The Guardian” yazır ki, təklif həm hazırkı, həm də keçmiş Rusiya hərbçilərinə şamil oluna bilər. Nəşrin məlumatına görə, bu təşəbbüs Rusiyaya qarşı yeni sanksiya paketinin əsas siyasi bəndlərindən biri hesab olunur.

Yeni paket təkcə hərbçilərə giriş qadağası ilə məhdudlaşmır. “Reuters”in məlumatına görə, 21-ci sanksiya paketi Rusiyanın maliyyə sektoru, kriptovalyuta platformaları, PUA istehsalı, neft ticarəti və müdafiə sənayesində istifadə olunan materialları da hədəfə alır. Paket çərçivəsində 170-dən çox fiziki və hüquqi şəxsin siyahıya salınması təklif olunur.

Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaja Kallas da bildirib ki, Avropanın qapıları Rusiyanın keçmiş və hazırkı döyüşçüləri üçün açıq olmamalıdır. “Kyiv Independent” yazır ki, sənəddə üçüncü ölkələr üzərindən sanksiyalardan yayınma mexanizmlərinə qarşı əlavə tədbirlər də nəzərdə tutulur.

Paketə Rusiyanın “kölgə donanması”na aid daha 30 gəminin qara siyahıya salınması, bəzi Rusiya balıq məhsullarının idxalına məhdudiyyətlər, eləcə də müdafiə və aerokosmik sənaye üçün vacib olan yüksək performanslı metal ərintilərinə nəzarətin gücləndirilməsi daxildir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.