“Mançester Yunayted”in futbolçusu Rusiya millisinə çağırıldı

18 yaşlı Amir İbrahimov Rusiya millisinin Misir, Burkina-Faso və Trinidad və Tobaqo ilə oyunlar üçün geniş heyətinə daxil edilib.

“Mançester Yunayted” sistemində çıxış edən 18 yaşlı Amir İbrahimov Rusiya millisinin geniş heyətinə daxil edilib. Rusiya Futbol İttifaqının açıqladığı siyahıda yarımmüdafiəçi kimi göstərilən İbrahimov millinin may-iyun aylarında keçirəcəyi yay toplanışı üçün namizədlər arasında yer alıb. 

Valeri Karpinin rəhbərlik etdiyi Rusiya yığması bu toplanış çərçivəsində üç yoldaşlıq oyunu keçirəcək. Komanda 28 mayda Qahirədə Misirlə, 5 iyunda Volqoqradda Burkina-Faso ilə, 9 iyunda isə Kalininqradda Trinidad və Tobaqo ilə qarşılaşacaq.

Amir İbrahimov Dağıstanda anadan olub və hazırda “Mançester Yunayted”in U-21 komandasında çıxış edir. “Mançester Yunayted”in rəsmi profilində onun 2 aprel 2008-ci ildə doğulduğu və daha əvvəl İngiltərənin gənclər yığmaları səviyyəsində oynadığı qeyd olunur.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.