“Real”da qalmaqal: Tçuameni və Valverde davasından sonra təcili toplantı

“Real Madrid”də Orelyen Tçuameni və Federiko Valverde arasında məşq bazasında dava yaşanıb. Valverde xəsarət alaraq xəstəxanaya aparılıb, klub insidentlə bağlı araşdırmaya başlayıb.

91

Madrid “Real”ında “El-Klasiko” öncəsi komanda daxilində gərginlik artıb. İspaniya mətbuatının məlumatına görə, klubun yarımmüdafiəçiləri Orelyen Tçuameni və Federiko Valverde arasında məşq bazasında ciddi insident yaşanıb. Hadisədən sonra Valverde tibbi müayinə üçün xəstəxanaya aparılıb.

MSNews.az xəbəri “El Pais” nəşrinə istinadən verir.

AS nəşrinin yazdığına görə, mübahisə Valverdenin Tçuamenini əvvəlki insident barədə məlumatı mətbuata sızdırmaqda ittiham etməsindən sonra böyüyüb. Tərəflər arasında gərginlik fiziki qarşıdurmaya çevrilib, Valverde yıxılaraq başını soyunub-geyinmə otağındakı masaya vurub və tikiş qoyulmasını tələb edən xəsarət alıb.

Hadisənin “Real” rəhbərliyini təcili tədbir görməyə məcbur etdiyi bildirilir. “El Pais” yazır ki, klub insidentlə bağlı araşdırmaya başlayıb, rəhbərlik isə vəziyyəti müzakirə etmək üçün təcili toplantı keçirib. İngiltərə mətbuatında yayılan məlumatlarda da futbolçulara qarşı intizam tədbirlərinin gündəmdə olduğu qeyd olunur.

Məlumatlara əsasən, bu, iki futbolçu arasında son günlərdə yaşanan ilk gərginlik deyil. Daha əvvəl də məşq zamanı sərt epizoddan sonra Valverde və Tçuameni arasında mübahisə yarandığı, komanda yoldaşlarının onları ayırmalı olduğu bildirilmişdi.

Bu hadisə “Real” üçün kritik dövrə təsadüf edir. Komanda La Liqada “Barselona” ilə qarşılaşmağa hazırlaşır və “El-Klasiko” turnir cədvəli baxımından böyük əhəmiyyət daşıyır. ESPN-in məlumatına görə, zədədən sonra məşqlərə qayıdan Kilian Mbappenin də qarşıdakı oyunda heyətə düşmək ehtimalı var.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.