Cevdet Yılmaz Ermənistana səfər edən ilk Türkiyə vitse-prezidenti oldu

Nikol Paşinyan Cevdet Yılmazın İrəvana səfərini tarixi hadisə adlandırıb. Türkiyənin vitse-prezidenti Avropa Siyasi Birliyinin VIII Sammitində iştirak üçün Ermənistana gedib.

11

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın İrəvana səfərini tarixi hadisə kimi qiymətləndirib. Paşinyan bu barədə mayın 4-də İrəvanda keçirilən Avropa Siyasi Birliyinin VIII Sammitində çıxışı zamanı danışıb. Onun sözlərinə görə, Cevdet Yılmaz Ermənistana səfər edən ilk Türkiyə vitse-prezidentidir.

Xəbəri MSNews.az  “1lurer.am” nəşrinə istinadən verir.

Paşinyan bildirib ki, Avropa Siyasi Birliyi sammitləri Ermənistan üçün bir sıra mühüm diplomatik hadisələrlə yadda qalıb. O xatırladıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ilk ikitərəfli görüşü də 2022-ci ildə Praqada keçirilən ilk Avropa Siyasi Birliyi Sammiti çərçivəsində baş tutub. “İndi isə burada, İrəvanda Türkiyənin vitse-prezidenti iştirak edir və o, Ermənistana səfər edən ilk Türkiyə vitse-prezidentidir”, — deyə Paşinyan bildirib.

Cevdet Yılmaz Avropa Siyasi Birliyinin VIII Sammitində Türkiyəni təmsil etmək üçün İrəvana gəlib. Yılmazı “Zvartnots” hava limanında Ermənistan parlamentinin sədr müavini və Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndə Ruben Rubinyan qarşılayıb.

“Anadolu Agentliyi”nin məlumatına görə, Cevdet Yılmaz sammit çərçivəsində Nikol Paşinyanla da görüşüb. Türkiyənin vitse-prezidenti görüşdən sonra bildirib ki, Ankara və İrəvan arasında normallaşma prosesi region üçün nümunə ola bilər. Onun sözlərinə görə, Cənubi Qafqazda sülh və normallaşmadan ilk növbədə bölgədə yaşayan insanlar faydalanacaq.

Paşinyan çıxışında sammitin Ermənistan üçün daha geniş mənada da tarixi olduğunu vurğulayıb. O bildirib ki, Şimali Makedoniya, Bosniya və Herseqovina prezidentləri, Avropa Şurasının sədri, Böyük Britaniya, İtaliya, İspaniya, Xorvatiya, İrlandiya, Andorra, Finlandiya, Estoniya, Lüksemburq, Norveç, Sloveniya, Kosovo və Lixtenşteynin baş nazirləri də tarixdə ilk dəfə Ermənistana səfər edirlər. Baş nazirin sözlərinə görə, Ermənistan ilk dəfə bu miqyasda Avropa tədbirinə ev sahibliyi edir.

Avropa Siyasi Birliyinin VIII Sammiti “Gələcəyi qurmaq: Avropada birlik və sabitlik” devizi altında keçirilir. Avropa Şurasının məlumatına görə, toplantıda demokratik dayanıqlılıq, nəqliyyat və kommunikasiya bağlantıları, iqtisadi və enerji təhlükəsizliyi, eləcə də dəyişən geosiyasi mühitdə regional çağırışlar müzakirə olunur.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.