Slovakiya Ağdamda “Ağıllı kənd” layihəsini tamamlayır

Slovakiya Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsini 2026-cı ilin sonunadək tamamlamağı planlaşdırır. Layihə 476 hektar ərazini əhatə edir.

7

Slovakiya Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsini 2026-cı ilin sonunadək tamamlamağı planlaşdırır. Bu barədə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov jurnalistlərə açıqlamasında bildirib. Diplomatın sözlərinə görə, hazırda Slovakiya şirkətlərindən biri Ağdam rayonunda layihənin icrası ilə məşğuldur və işlərin ilin sonuna qədər yekunlaşacağı gözlənilir. 

Layihə Baş Qərvənd kəndinin müasir və ekoloji texnologiyalar əsasında bərpasını və yenidən qurulmasını nəzərdə tutur. “Ağıllı kənd” konsepsiyası çərçivəsində yaşayış məntəqəsində enerji səmərəliliyi, yaşıl texnologiyalar, tullantıların idarə olunması və müasir infrastruktur həllərinin tətbiqi planlaşdırılır. Layihələndirilən ərazinin ümumi sahəsi 476 hektardır.

Əvvəlki açıqlamalara görə, Baş Qərvənddə ilk mərhələdə 275 hektar sahədə 851 fərdi evin tikintisi nəzərdə tutulur. Burada tullantıların utilizasiyası, çirkab suların təmizlənməsi və yaşıl enerji ilə bağlı infrastrukturun qurulması da planlara daxildir. Layihə Slovakiya mütəxəssislərinin və şirkətlərinin iştirakı ilə həyata keçirilir.

Səfir Elçin Qasımov həmçinin Slovakiyanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana gözlənilən səfərləri barədə məlumat verib. Onun sözlərinə görə, yaxın vaxtlarda Slovakiya parlamentinin sədri Rixard Raşi və ölkə Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfərləri gözlənilir.

Baş Qərvənddə “Ağıllı kənd” layihəsi ilk dəfə 2023-cü ildə Slovakiya Milli Şurasının o zamankı sədri Boris Kollárın Azərbaycana səfəri zamanı gündəmə gətirilmişdi. Həmin vaxt kəndin Slovakiya mütəxəssisləri tərəfindən hazırlanmış layihə əsasında bərpa ediləcəyi açıqlanmışdı.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.