Prezident İlham Əliyev Şuşada Slovakiya Prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Şuşada Slovakiya Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüş keçirib. Tərəflər siyasi, iqtisadi, enerji və hərbi-texniki əməkdaşlığı müzakirə ediblər.

Slovakiya Ağdamda “Ağıllı kənd” layihəsini tamamlayır

Slovakiya Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsini 2026-cı ilin sonunadək tamamlamağı planlaşdırır. Layihə 476 hektar ərazini əhatə edir.