Qalibaf danışıqlardan çəkildi, yoxsa İranda güc savaşı gedir?

İsrailin "N12" kanalı Məhəmməd-Baqer Qalibafın danışıqlar qrupunu tərk etdiyini iddia edir. "Iran International" isə heyətin İslamabad səfərinin İran rəhbərliyindəki daxili fikir ayrılığı ucbatından baş tutmadığını yazır. 

19

İranın ABŞ ilə mümkün yeni danışıqları ətrafında qeyri-müəyyənlik daha da artıb. İsrailin “N12” kanalının yaydığı, daha sonra MarketWatch tərəfindən də xatırladılan məlumata görə, İran parlamentinin spikeri və əvvəlki danışıqlarda əsas fiqurlardan biri olan Məhəmməd-Baqer Qalibaf danışıqlar qrupundan ayrılıb. Həmin məlumat bazarlarda da əks-səda doğurub və investorlar bunu gərginliyin uzanması riski kimi qiymətləndiriblər. 

Ancaq eyni gün yayılan digər məlumatlar bu mənzərənin daha mürəkkəb olduğunu göstərir. “Iran International” yazır ki, məsələ Qalibafın təkbaşına qərarından çox, İran rəhbərliyi daxilindəki fikir ayrılığı ilə bağlıdır. Nəşrin mənbələrinə görə, Prezident Məsud Pezeşkianın çevrəsi ilə Müctəba Xameneinin ofisinə yaxın fiqurlar arasında gərginlik səbəbindən ABŞ ilə danışıqlar üçün İslamabada getməli olan heyətin səfəri son anda baş tutmayıb. Həmin mənbələr bildirir ki, Xameneinin yaxın çevrəsindən gələn mesaj nüvə məsələsinin müzakirəsini istisna edib və əvvəlki danışıqlarla bağlı XİN komandasına irad tutulub.

Qalibafın öz son açıqlamaları da “tam geri çəkilmə” təsəvvürünü birmənalı təsdiqləmir. “Argus”-un 21 aprel tarixli məlumatına görə, o, ABŞ təhdidləri fonunda danışıqları qəbul etmədiyini bildirib və Vaşinqtonun danışıqlar masasını “təslimiyyət masasına” çevirmək istədiyini deyib. Bu isə onun xəttinin daha çox “şərtli sərtlik” olduğunu, yəni danışıqlara prinsip etibarilə yox, mövcud şərtlərlə etiraz etdiyini göstərir.

Bunun fonunda Qalibaf Donald Trampın İran rəhbərliyində “sərt xətt tərəfdarları” və “mötədillər” arasında parçalanma olduğu barədə iddiasını açıq şəkildə rədd edib. Onun X” hesabında yayılan paylaşımda “İranda tünd xətt və ya mötədil anlayışı yoxdur; hamımız iranlı və inqilabçıyıq” məzmunlu birlik mesajı verilib.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.