ABŞ rəsmilərinin Pakistan səfəri qeyri-müəyyəndir – İrandan sərt mesaj gəldi

ABŞ vitse-prezidenti Cey Di Vensin Pakistan səfəri qeyri-müəyyəndir. CNN və Axios məlumat yayıb. İran isə sərt bəyanat verib.

115

ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Vaşinqtondan Pakistanın paytaxtı İslamabada planlaşdırılan səfərinin taleyi qeyri-müəyyən olaraq qalır.

CNN-in məlumatına görə, Ağ Ev bu gün regiondakı vəziyyət və növbəti addımları müəyyənləşdirmək üçün əlavə görüşlər keçirməyi planlaşdırır. Bu səbəbdən Vensin daha əvvəl gözlənilən səfərinin təxirə salına biləcəyi bildirilir.

Məlumata əsasən, vitse-prezident həmin müşavirələrdə şəxsən iştirak edəcək. Bu isə Vaşinqton administrasiyasının Cənubi Asiya və Yaxın Şərqdəki gərginliyi prioritet gündəm kimi qiymətləndirdiyini göstərir.

Eyni zamanda, “Axios” nəşri yazır ki, ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner hələ də ABŞ ərazisindədir. Onları Pakistana aparmalı olduğu bildirilən ABŞ Daxili Təhlükəsizlik Nazirliyinə məxsus təyyarənin isə Floridadan Vaşinqtona uçduğu qeyd olunur.

Digər tərəfdən, İranın Ali liderinin İslam İnqilabı Keşikçiləri Korpusundakı nümayəndəsi Hacı Sadeqi bildirib ki, hazırda heç bir danışıqlar aparılmır və İran yalnız qarşı tərəf onun şərtlərini qəbul edərsə danışıqlara gedəcək.

O əlavə edib ki, əgər Ali lider qərar versə, “raket meydanından danışıqlar masasına keçid” mümkündür və İran xalqı bunu dəstəkləyəcək.

Analitiklər hesab edir ki, Vaşinqtonda səfərlərin qeyri-müəyyən qalması və Tehranın sərt ritorikası bölgədə diplomatik proseslərin hələ də həssas mərhələdə olduğunu göstərir.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.