Qəzzaya yardım flotiliyası Barselonadan yola düşür

Barselonadan Qəzzaya doğru yola düşən yeni humanitar flotiliya İsrail blokadasını yarmağa çalışır. Təxminən 30 qayıq tibbi yardım və digər ləvazimatlarla “Global Sumud Flotilla” missiyasında iştirak edir.

15

Qəzzaya humanitar yardım çatdırmağı hədəfləyən ikinci dəniz flotiliyası bu gün İspaniyanın Barselona limanından yola düşməlidir.

Xəbəri “Reuters”-ə istinadən MSNews.az verir.

“Global Sumud Flotilla” adlanan təşəbbüs çərçivəsində təxminən 30 qayığın tibbi yardım və digər vacib ləvazimatlarla yükləndiyi, marşrut boyunca daha çox gəminin konvoya qoşulmasının gözləndiyi bildirilir.

Təşkilatçıların sözlərinə görə, missiyanın əsas məqsədi Qəzzaya yardım çatdırılması üçün humanitar dəhlizin açılmasına təkan verməkdir. “Reuters”-ə danışan fəallardan Saif Abukeşak bildirib ki, bu təşəbbüs yardım təşkilatlarının bölgəyə daxil ola bilməsi üçün yol açmağa hesablanıb. Aktyor Layem Kunningem isə hökumətlərin hüquqi öhdəliklərini yerinə yetirmədiyini, buna görə də vətəndaş təşəbbüslərinin bu boşluğu doldurmağa çalışdığını deyib.

Bu, eyni təşkilatın Qəzzaya doğru ilk cəhdi deyil. Ötən ilin oktyabrında eyni şəbəkənin topladığı təxminən 40 qayığa İsrail ordusu mane olmuş, isveçli fəal Qreta Tunberq də daxil olmaqla 450-dən çox iştirakçı saxlanılmışdı. Sonradan bəzi isveçrəli və ispaniyalı fəallar saxlanma şəraitinin qeyri-insani olduğunu iddia etsələr də, İsrail bu ittihamları rədd edib.

İsrail Qəzzanın 2 milyondan çox sakini üçün təchizatın qarşısını aldığını inkar edir. Bununla belə, fələstinlilər və beynəlxalq yardım qurumları bölgəyə çatan yardımın hələ də yetərli olmadığını bildirirlər; “Reuters” həmçinin qeyd edir ki, Ümumdünya Səhiyyə Təşkilatı silahlı münaqişə şəraitində belə dövlətlərin insanların tibbi yardıma təhlükəsiz çıxışını təmin etməli olduğunu vurğulayıb.

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930