İlham Əliyev Tbilisidə Qəhrəmanlar Memorialını və Ümummilli Liderinin abidəsini ziyarət edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gürcüstana dövlət səfəri çərçivəsində Tbilisidə Qəhrəmanlar Memorialını və Ümummilli Liderinin abidəsiniziyarət edib, memorial və abidənin önünə əklillər qoyublar.

346

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Gürcüstana dövlət səfəri çərçivəsində Tbilisidə Qəhrəmanlar Memorialını və  Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət ediblər. Rəsmi məlumata görə, memorialda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Dövlət başçısı Qəhrəmanlar Memorialının önünə əklil qoyub. Daha sonra Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib. Ziyarət mərasimi Prezident İlham Əliyevin Gürcüstana 6 aprel tarixli dövlət səfərinin rəsmi proqramının əsas mərhələlərindən biri olub.

Bundan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev adına mədəniyyət və istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət ediblər. Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.