Beyrutda öldürülən iranlıların kimliyi mübahisə doğurur

Livanda İsrail hücumu nəticəsində iranlı diplomatlar öldürülüb. Onların SEPAH zabiti olması ilə bağlı iddialar isə hələlik müstəqil mənbələrlə təsdiqlənməyib.

21

Livanın paytaxtı Beyrut ərazisində İsrail hücumu nəticəsində öldürülən iranlı şəxslərlə bağlı yeni iddialar yayılıb. Belə ki, rəsmi şəkildə təsdiqlənməsə də onların SEPAH-ın yüksək rütbəli zabitləri olması barədə məlumatlar yayılıb.

MSNews.az məlumat verir ki, İran rejiminin Livanda öldürülən və əvvəlcə “diplomat” kimi təqdim etdiyi şəxslərin əsl kimliyi ilə bağlı növbəti rüsvayçı faktlar üzə çıxıb. İranın rəsmi olaraq “şəhid diplomatlar” elan etdiyi bu şəxslərin əslində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) – rəsmi Tehranın qlobal terror maşınının agentləri olduğu sübuta yetirilib.

Dərc edilən rəsmi fotolarda bu şəxslərin heç biri diplomat geyimində deyil, SEPAH-ın hərbi forma və rütbələrində təsvir olunub. Bu, İranın hələ də səfirliklərinin fəaliyyət göstərdiyi ölkələrdə diplomatik statusdan kəşfiyyat və terror fəaliyyətləri üçün bir sipər kimi istifadə etdiyini növbəti dəfə təsdiqləyir.

Məhv edilən SEPAH zabitlərinin siyahısı:

Sərdar (General) Məcid Həsəni – SEPAH-ın strateji əməliyyatlar üzrə yüksək rütbəli zabiti.

Sərdar (General) Məhəmməd Əli Zəki – Livan ərazisindəki hərbi koordinasiya üzrə məsul şəxs.

Sərdar (General) Əhməd Rəsuli – SEPAH-ın kəşfiyyat bölməsinin rəhbərlərindən biri.

Sərdar (General) Hüseyn Əhmədlu – Silah tədarükü və logistika üzrə mütəxəssis.

Sərdar (General) Əli Biazar – Xüsusi əməliyyatların planlaşdırıcısı.