İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin Qəzza üzrə təqdim etdiyi yeni saziş layihəsinin İsrail tərəfindən qəbul edilmədiyini açıqlayıb.
MSNews.az xəbər verir ki, Netanyahu Donald Tramp administrasiyasının HƏMAS-ın tərksilahına və Qəzzanın silahsızlaşdırılmasına nail ola biləcəyinə inandığını bildirib. O, İsrailin layihəyə dair irad və düzəlişlərini Vaşinqtona göndərdiyini qeyd edib.
Bu barədə “The Times of Israel” məlumat yayıb.
Netanyahu İsrail qüvvələrinin HƏMAS tam tərksilah edilənədək Qəzzadakı mövcud mövqelərindən geri çəkilməyəcəyini vurğulayıb. “Associated Press” layihənin HƏMAS-ın silahları təhvil verməyə başlamasını, İsrailin isə zərbələri dayandıraraq mərhələli geri çəkilməsini nəzərdə tutduğunu yazır.