Seneqal İdman Arbitraj Məhkəməsinə müraciət etdi

Seneqal Afrika Millətlər Kuboku titulunun ləğvinə qarşı CAS məhkəməsinə şikayət edib.

11

Seneqal Futbol Federasiyası Afrika Millətlər Kubokunda qazandığı titulun ləğv edilməsinə qarşı İdman Arbitraj Məhkəməsinə (Court of Arbitration for Sport  – CAS) məhkəməsinə rəsmi şikayət edib.

Qərar yanvarın 18-də Rabatda keçirilən final oyunundan sonra verilib. Seneqal millisi matç zamanı penalti qərarına etiraz edərək meydanı tərk etsə də, 14 dəqiqədən sonra geri qayıdaraq oyunu 1:0 hesabı ilə qazanmışdı.

Lakin Afrika Futbol Konfederasiyası (CAF) apellyasiya qurumu bu nəticəni ləğv edərək texniki məğlubiyyət qərarı çıxarıb və oyunu 3:0 hesabı ilə Mərakeşin xeyrinə dəyişib.

Seneqal tərəfi CAS-a müraciətində bu qərarın ləğv olunmasını və komandanın yenidən çempion elan edilməsini tələb edir.

Məsələ ilə bağlı yaxın vaxtlarda arbitraj panelinin formalaşdırılması və prosesin təqviminin müəyyən edilməsi gözlənilir.

Ekspertlər hesab edir ki, bu iş Afrika futbolunda qaydalar və hakim qərarları ilə bağlı mühüm presedent yarada bilər.

Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.