Rumıniyada futbolçular təcili yardım maşınını itələməli oldular

Rumıniyanın ikinci liqasında “Voluntari” — “Bihor Oradea” matçında təcili yardım maşını güclü yağışdan sonra islanmış meydançada ilişib qalıb. Futbolçular maşını zədəli oyunçunun yanına çatdırmaq və meydandan çıxarmaq üçün itələyiblər.

9

Rumıniyanın ikinci liqasında keçirilən “Voluntari” — “Bihor Oradea” matçında qeyri-adi hadisə yaşanıb. Güclü yağış səbəbindən meydança su ilə dolub və zədəli futbolçunu aparmaq üçün stadiona daxil olan təcili yardım maşını islanmış qazonda ilişib qalıb. Nəticədə futbolçular və texniki heyət üzvləri maşını əvvəlcə zədələnən oyunçunun yanına çatdırmaq, daha sonra isə meydançadan çıxarmaq üçün itələməli olublar.

MSNews.az xəbəri yerli “Sports.ro” nəşrinə istinadən verir.

Hadisə oyunun son dəqiqələrində baş verib. “Voluntari”nin müdafiəçisi Aleksandru Gîț “Bihor Oradea” futbolçusu Rəzvan Gunienin sərt müdaxiləsindən sonra ağır zədə alıb. Rumıniya mətbuatının məlumatına görə, Gunie epizoddan sonra qırmızı vərəqə ilə meydandan qovulub.

“Digi Sport” yazır ki, 28 yaşlı Gîțin baldır nahiyəsində ikiqat sınıq — tibia və fibula sümüklərində qırıq aşkarlanıb. Futbolçu gecə saatlarında əməliyyat olunub və ilkin məlumata görə, onun təxminən 7-8 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Görüş “Voluntari”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Lakin Rumıniya mediası oyunun nəticəsindən çox, zədənin ağırlığı və təcili yardım maşınının meydançada ilişib qalması ilə bağlı görüntülərin müzakirə olunduğunu yazır.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.