İrana quru əməliyyatının ayaq səsləri eşidilməkdədir

ABŞ mətbuatı İran əleyhinə quru əməliyyatı planlarının müzakirə edildiyini yazır. Risklərin yüksək olduğu bildirilir.

48

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda quru əməliyyatı ehtimalının gündəmə gəldiyi bildirilir. ABŞ mətbuatında yer alan məlumatlara görə, Vaşinqton belə bir ssenarini xüsusilə İranın nüvə obyektlərinə nəzarət və ya onların məhv edilməsi üçün nəzərdən keçirir. 

MSNews.az “The Wall Street Journal” nəşrinə istinadən bildirir ki, ABŞ 82-ci Hava Desant Diviziyasının 3 min nəfərlik şəxsi heyətini Yaxın Şərqə yerləşdirir.

Məlumata əsasən, hazırda bu istiqamətdə hazırlıqlar davam etsə də, ABŞ rəsmiləri bildirir ki, İrana quru qoşunlarının daxil edilməsi ilə bağlı hələ yekun qərar verilməyib.

ABŞ mətbuatının məlumatına görə, İrana qarşı mümkün quru əməliyyatı ilə bağlı yazılı əmrin yaxın saatlarda veriləcəyi gözlənilir.

Analitiklər hesab edir ki, bu addım həm hərbi təzyiqin artırılması, həm də mümkün əməliyyatlara operativ hazır vəziyyətin təmin edilməsi məqsədi daşıyır.

Ekspertlərin fikrincə, quru əməliyyatı ilə bağlı yekun qərarın verilməsi regionda vəziyyəti kəskin şəkildə dəyişə və münaqişəni daha geniş miqyaslı mərhələyə keçirə bilər.